NİDA-dan daha bir əfv ərizəsi gözlənilir (VİDEO)

“Əvvəlcə hökümət işlərin siyasi yox, kriminal olduğunu deyir. Amma bundan sonra onlaradan siyasi motivli ərizələr alır”.

Vəkil Əsabəli Mustafayev NİDA-çı məhbus Şahin Novruzlunun Prezidentə əfv müraciətini yazmasını belə şərh edir.

Daha bir NİDA-çı gənc Şahin Novruzlunun əfv ərizəsi yazması və onun  Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin saytında dərc edilməsi bir mənalı qarşılanmadı. Çünki Novruzlunun atası İbrahim Novruzlu Turan İA-nə oğlunun  prezidentə müraciətindən xəbərsiz olduğunu və  Şahinin ona əfv yazmayacağı barədə dediyi söhbətləri bildirib. Şahin Novruzlunun vəkili  Nemət Kərimli də onun atası ilə eyni fikirli məlumatları vurğulayıb. NİDA hərəkatının İdarə Heyətinin üzvü Ülvi Həsənli belə bir hadisəni heç kimin gözləmədiyini qeyd edərək, bildirir ki, bu məsələdə ailədən götürən 95 min manatın da rolu var:

“Mən 100 faiz əmnəm ki, hökumətin təzyiqləri olub. Ailə o pulu başqa cür alacağını düşünmürdü. Ola bilər ki elə bir anlaşma olub, anlaşma deyəndə ki, hakimiyyət tərəfdən elə bir söz deyilə bilər. Amma mən inanmıram ki onlar qaytarsınlar o pulu. Çünki o pul hökümətin xəzinəsinə keçib”.

Ülvi Həsənlinin sözlərinə görə, bu hal əvvəl də təkrarlandığından NİDA hərəkatı heç bir bəyanat yaymayıb. O edilən təzyiqlərin davamı kimi daha bir gəncin belə bir ərizə yaza biləcəyini istisna etmir. Vəkil Əsabəli Mustafayev belə halları hakimiyyətin “ölkədə siyasi məhbus yoxdur” fikrinə  aydınlıq gətirilməsi ilə əlaqələndirir:

“Çox təəssüf ki hakimiyyət siyasi məhbuslar siyahısını azaldmağı ayrı metodla istifadə edir. Bu da gənclərin mənəvi cəhətdən sındırmaqla onalrdan əfv ərizəsi alınmasıdır. Bu artıq üçüncü şəxsdir ki, son zamanlarda belə bir ərizə yazıb. Bundan sonra onlar siyasətlə məşğul olmayacaq. Seçdiyi siyasi yol səhv idi. Və ya Cəbhədən çıxıb YAP-a keçir. Hökumət öz əməli ilə göstərir ki bu işlərin hamısı siyasi motivlidir. Bir gəncin bir il həbsdə saxlanılması ona təzyiqin bir forması idi ki o da məcbur olub bu ərizəni yazdı”.

“NİDA”nın həbs olunan 7 üzvü Cinayət Məcəlləsinin qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma həmçinin qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma, gəzdirmə maddələri ilə azadlıqdan məhrum olunub. “Ötən ay isə onlardan Bəxtiyar Quliyev və Elsevər Rüstəmli oxşar əfv ərizələri yazıb.

Ana səhifəVideoNİDA-dan daha bir əfv ərizəsi gözlənilir (VİDEO)