NİDA-çıların valideynləri aclıq aksiyasını dayandıracaqlar

Valideynlərin həyatına təhlükə yaranıb

Source:


Valideynlərin həyatına təhlükə yaranıb

Aprelin 23-də həbsdə olan NİDA-çıların valideynləri aclıq aksiyasını dayandıracaq. Valideynlər saat 15:00-da Müsavat Partiyasının qərargahında mətbuat konfransında bu barədə açıqlama verəcəklər. Məlumatı musavat.com-a Müsavat Partiyası Qadınlar Təşkilatının sədri Ellada Məmmədli məlumat verib.

Onun sözlərinə görə, həkimlərin məsləhətindən sonra valideynlər aclıq aksiyasını dayandırmağa qərar veriblər:

“Dünən Zaur Qurbanlının anası Səkinə Qurbanlının səhhəti pisləşmişdi. Həkim çağırmalı olduq. Həkimlərin müayinəsindən sonra aydın oldu ki, aclıq aksiyasını dayandırmasalar, həyatları üçün təhlükə yarana bilər. Ona görə də, aclıq edən valideynlərin yanına ziyarətə gələnlərin, Müsavat Partiyası rəhbərliyinin və bizlərin uzun xahişindən sonra buna qərar verildi”.

Həbsdə olan 8 NİDA-çı 1 həftədir aclıq aksiyasına başlayıblar. Onlar azad olunmayana qədər aksiyanı davam etdirəcəklərini bildiriblər. Valideynləri isə aprelin 19-da onlara dəstək olaraq aksiyaya start vermişdilər.

Ana səhifəXəbərlərNİDA-çıların valideynləri aclıq aksiyasını dayandıracaqlar