Bu gün yenidən NİDA-çıların məhkəmə prosesi davam edib. Prosesdə şahid qismində Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı mayor Kamil Rəsulzadə dindirildi. Vəkillərin çox saylı sualına cavab verə bilməyən Kamil Rəsulzadə baş verən hadisələri unutduğunu bildirdi. Maraqlı məqamlardan biridə o oldu ki, məhkəmənin verdiyi evə baxış aktı ilə onlar evlərdə axtarış aparıblar və bunları öz protokollarında və izahatlarında qeyd ediblər. Məhkəmə prosesi yanvar ayının 23 də davam edəcək.