NİDA-çılar aclığı dayandırdı

“Tələbimizin yerinə yetirilməməsinə baxmayaraq, azadlıq tələbimizi də məqsədlərimizə qurban verərək, bu gündən aclığı dayandırırıq. Mübarizə isə davam edir!”

Source:


“Tələbimizin yerinə yetirilməməsinə baxmayaraq, azadlıq tələbimizi də məqsədlərimizə qurban verərək, bu gündən aclığı dayandırırıq. Mübarizə isə davam edir!”

“NİDA” Vətəndaş Hərəkatının həbs olunmuş üzvləri bəyanat yayıb. Bəyanatda bildirilir ki, aclıq aksiyasına başlayarkən, tələbləri azadlığa buraxılmaları olub: “Məqsədimiz isə həmişəki kimi mübarizə aparmaq və diktaturaya qarşı bütün qeyri-zorakı, hüquqa zidd olmayan vasitələrdən istifadə etmək olub. Elə azadlığımıza da həm də bu məqsədlərə qulluq etmək üçün nail olmaq istəyirik. Yəni Azərbaycanın qismən sükuta getmiş etirazçı təbəqələrini tərpətməyi, yeni insanları etiraza cəlb etməyi, beynəlxalq demokratik qüvvələrin diqqətini regiondakı geopolitik gərginlikdən, ölkədəki repressiv şəraitə yönəltməyı qarşımıza məqsəd qoymuşduq”.

NİDA-çılar hesab edir ki, aclığın davam etdiyi bu 20 gündə Azərbaycanda siyasi məhbus probleminin gündəmdən düşməməsi, bu gün (6 may) yüzlərlə fədakar fəalın aksiya keçirməsi, yeni insanların etirazçı qüvvələrə qoşulması, xarici ölkələrdə dəstək aksiyalarının keçirilməsi beynəlxalq demokratik qüvvələrin diqqətinin Azərbaycana cəlb olunması, məqsədə çatdıqlarını göstərir: “Düşünürük ki,  Azərbaycana bizim cəsədimiz yox, fəaliyyətimiz lazımdır. Hakimiyyət bizim tələbimizi təmin etmədi. Lakin biz məqsədimizə çatdıq və hakimiyyətə də göstərdik ki, həbslə bizi mübarizədən yayındıra bilməyəcəklər. 140 nəfər həbsdə olsa da, çöldə qalanlar kölə deyil və bu xalq azadlığa, demokratiyaya layiqdir, diktaturaya, korrupsiyaya yox. Məhz məqsədimizə çatdığımıza görə, tələbimizin yerinə yetirilməməsinə baxmayaraq, azadlıq tələbimizi də məqsədlərimizə qurban verərək, bu gündən aclığı dayandırırıq. Mübarizə isə davam edir!”

Ana səhifəXəbərlərNİDA-çılar aclığı dayandırdı