NİDA-çı gənclərin məhkəməsi davam edir

“Evdəydim, qəfildən gəldilər. Şahin də bir başa inistitutdan çıxıb evə gələn uşaqdır. Çöl uşağı deyl, o ev uşağıdır. Evə gələndən sonra gəldilər 7-8 nəfər, doluşdu içəri, şahini də götürüb apardılar”.

NİDA-çı gənc Şahin Novruzlunun atası İbrahim Novruzlu oğlunun həbs olunduğu gün barədə danışır. Onun sözlərinə görə, övladının heç bir günahı yoxdur və o da digər gənclər kimi haqsız yerə aylardır həbsdə saxlanılır:

“Ümumiyyətlə bu məhkəmə olmalmalıydı. Çünki şahinin günahı yoxdur. Onun yaşı da düşmürdü. 228.1 228.3 az yaşlıdr və heç imi tanımırdı, guya molotov kokteli olub. Axtarış elədilər, bilmirəm nə dərəcədə düz idi amma, içəri itələyib keçdilər məni. Dirəşə-dirəşə sonra da heç nə tapa bilmədilər. Belə bir ittiham götürdülər. Özləri ilə gətirdiklərini də yıxdılar Şahinin üstünə, o benzin bizdə olsaydı, benzin iyi evdən gələrdi”.

Ana səhifəVideoNİDA-çı gənclərin məhkəməsi davam edir