NİDA 2 namizədlə seçkiyə qatılır

3 namizəd qeydə alınmayıb

Source:


3 namizəd qeydə alınmayıb

NİDA hərakatının üç namizədi qeydiyyata alınmayıb, bir namizədin MSK-ya şikayəti qəbul edildi və namizədliyi qeydiyyata alındı. Məlumatı NİDA Vətəndaş Hərəkatı yayıb.

Bildirilir ki, dairə komissiyalarının qərarını gözləyən iki namizədin də imzalarının etibarsız olduğu bəhanə gətirilərək DSK tərəfindən qeydə alınmayıb: “Bu namizədlərimiz 29 saylı Səbail seçkidə dairəsindən Elgiz Qəhrəman və 107 saylı Qazax seçki dairəsindən isə Nicat Əmiraslanovdur. 19 saylı Nərimanov birinci seçki dairəsindən namizəd Üzeyir Məmmədli isə məhkumluğuna görə qeydiyyata alınmayıb.

Başqa bir üzvümüz 18 saylı Nərimanov-Nizami seçki dairəsindən namizədliyi irəli sürülmüş Ramin Hüseynovun MSK-ya şikayəti isə təmin edilib və onun namizədliyi qeydə alınıb. O cümlədən, İlahə Əmiraslanovun namizədliyi qeydə alındı”.

Ana səhifəXəbərlərNİDA 2 namizədlə seçkiyə qatılır