Nəsimi məhkəməsi qarşısında polislər vətəndaşları döydülər

Jurnalistin eynəyini sındırıb kamerasını aldılar

Source:


Jurnalistin eynəyini sındırıb kamerasını aldılar

Mayın 6-da NİDA Vətəndaş Hərəkatının üzvlərinə hökm oxunandan sonra məhkəmə qarşısında etiraz edən gənclərə qarşı polis zorakılığı və həbslər başladı. 30 nəfər saxlanılsa da, sonradan 15-dən çox gənc buraxıldı. Mayın 7-də etiraz aksiyası keçirərkən saxlanılanlardan 14 nəfəri Nəsimi rayon məhkəməsinə gətirilib.

Meydan TV-nin məhkəmədə olan əməkdaşının məlumatına görə, saxlanılanlardan 8 nəfəri AXCP, 3 nəfəri Müsavat, qalanları isə NİDA Hərəkatının üzvlərindir. Saxlananlar arasında bir nəfər qadın – AXCP üzvü Kəmalə Bənənyarlı da var.

Bildirildiyinə görə, məhkəmənin qarşısındakı polislər və mülki geyimlilər prosesə gələnlərə qarşı kobud davranıblar. Onlar prosesə gələnləri küçə söyüşləri ilə binanın qarşısından uzaqlaşdırırlar. Hətta mülki geyimlilər Obyektiv TV-nin əməkdaşı Hüseyn Əzizoğlunu döyərək eynəyini sındırıb, daha sonra kamerasını alıblar.

Məhkəmə binası qarşısında vəziyyət gərgindir.

Son məlumata görə, AXCP üzvləri Toğrul İbrahim 600, müsavatçı Şamil Beydulla, Kamran Zeynallı 500, Türkel Azərtürk və AGT üzvü Orxan Rüstəmzadə, NİDA-çı Nicat Məmmədbəyli, Əbdürrəhman Məmmədli 400, cəbhəçi Füzuli Ovçuyev 300 manat cərimə ediliblər.

Kəmalə Bənənyarlı 30 sutka, müsavatçılar Orxan Eyyubzadə 20, Tural Abbaslı 15, NİDA-çı Şəfi Şəfiyev 15, “Dalğa” sədri Hacı Zeynallı 15 sutka azadlıqdan məhrum olunublar. Orxan Rza, Hüseyn Məmmədov, Turan İbrahim isə xəbərdarlıq alıblar.

Proses davam edir.

Ana səhifəXəbərlərNəsimi məhkəməsi qarşısında polislər vətəndaşları döydülər