Nərmin Kamalın yeni kitabı işıq üzü görüb

“Küçədən keçən adam haqda yazılar” artıq satışdadır

Source:
Nərmin Kamal, foto: sosial şəbəkə
Nərmin Kamal, foto: sosial şəbəkə


“Küçədən keçən adam haqda yazılar” artıq satışdadır

Yazıçı Nərmin Kamalın “Küçədən Keçən Adam haqda yazılar” adlı yeni kitabı Alatoran Yayınlarında çapdan çıxıb.

“Küçədən Keçən Adam haqda yazılar” kitabında Nərmin Kamalın 70-ə yaxın essesi toplanıb.

Yazıçı kitabı haqda Oxu Zalına bunları deyir:

“Niyə küçədən keçən adam? Çünki küçədən keçən adam hər kəsdir, həm də neytral adamdır. Biri o biriylə mübahisə edəndə deyir, çıx küçədən 3 nəfər kişi çağır, gör mən düz deyirəm, ya yox”.

Kitabı Bakının kitab dükanlarından – Nizami adına Ədəbiyyat Muzeyinin altındakı kitab dükanından, Kitabevim.az kitab marketindən, “Bakitab” dükanından almaq mümkündür. Kitab həmçinin bazar ertəsindən etibarən “Ali&Nino” kitab dükanlarında satışda olacaq.

“Küçədən Keçən Adam haqda yazılar” yazıçının sayca üçücü kitabıdır. Bundan əvvəl Nərmin Kamalın “Umberto Eko və postmodernizm fəlsəfəsi” araşdırması və “Aç mənəm” romanı işıq üzü görmüşdü.

Kitabın üz qapağı
Kitabın üz qapağı
Ana səhifəXəbərlərNərmin Kamalın yeni kitabı işıq üzü görüb