Nərgiz Paşayeva AMEA-nın vitse-prezidenti seçilib

Akif Əlizadə: ”Akademiyada islahatlar bir qədər də dərinləşəcək”

Source:
Foto Azərtac
Foto Azərtac


Akif Əlizadə: ”Akademiyada islahatlar bir qədər də dərinləşəcək”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) iyunun 8-də illik ümumi yığıncağı keçirilib.

Toplantıda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Baş nazirin müavini Əli Əhmədov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva və digər şəxslər iştirak edib.

Akademik Akif Əlizadə növbəti 5 il üçün AMEA prezidenti seçilib. O, 2013-cü ildən akademiyanın prezidentidir.

Akademiklər Nərgiz Paşayeva və İradə Hüseynova AMEA-nın yeni vitse- prezidentləri seçiliblər.

AMEA-nın müxbir üzvü Bilal Bilalov Rəyasət Heyətinin yeni üzvü və vitse-prezident vəzifəsini icra edən seçilib.

Toplantıdan sonra Akif Əlizadə jurnalistlərlə söhbətində akademiyada islahatların bir qədər də dərinləşəcəyini deyib:

Akif Əlizadə
Akif Əlizadə

“Bu, qarşımızda duran ən böyük vəzifədir”.

Azərbaycan Milli Elmlər Akademiyası 1945-ci ildə təsis olunub. O dövrə qədər SSRİ Elmlər Akademiyasının filialı olub.

Ana səhifəXəbərlərNərgiz Paşayeva AMEA-nın vitse-prezidenti seçilib