Mərhum ictimai fəal Nərgiz Yaqublunun adına təsis edilən mükafat bu il vəkil Aqil Layıca verilib. Mükafat pandemiya ilə əlaqədar ev şəraitində təqdim olunub.
Müsavat Partiyasının üzvü olan Nərgiz Yaqublu gəncliyini etiraz aksiyalarında keçirib. 2015-ci ildə hepatit xəstəliyindən vəfat edib. Ölümündən sonra adına mükafat təsis edilib. 12 nəfərdən ibarət təşkilat komitəsi hər il qalibi müəyyən edir. Mükafatın bu ilki qalibi Vəkil Aqil Layıc azsaylı vəkillərin qatıldığı siyasi məhkəmələrdə gördüyü işə görə qiymətləndirilib.