Nemət Pənahlı 21-ci polis bölməsindədir (yenilənib)

”Çox güman ki, izahat alırlar, özüylə danışa bildik”

Source:


”Çox güman ki, izahat alırlar, özüylə danışa bildik”

Hadisəylə bağlı Nemət Pənahlı Meydan TV-yə bildirib ki, artıq 3 gündür onlara və qonşulara rahatlıq yoxdur: “Mənim bacım və qızım evdə xəstə yatırlar: “Mən həmin vaxtı evdə yox idim, gələndə gördüm ki, yenə bir qrup toplaşıb qışqırır. Sakitcə yaxınlaşıb dedim ki, ayıbdır, təhqiramiz ifadələr işlətməyin, bu mənzillərdə xəstə, uşaq, yaşlı insanlar var. Onlara dirijorluq edən gəncə dedim ki, AXCP sədri hərbi əməliyyatlar başlayan gün bəyanat verib ki, biz indiki məqamda dövlətimizin və ordumuzun arxasındadyıq. Milli birliyə çağırış edib, daha necə olmalıydı?! Üç gündür binamızın qarşısında təhqiramiz ifadələr eşidirik, bunu onlara deyəndə polis mənə dedi ki, niyə səs-küy salırsan. Cavab verdim ki, sən asayişi təmin etməlisən, səs-küy salanı sakitləşdirməlisən, yoxsa, ondan narahat olanlara? Polis məni tanımadı və apardılar bölməyə, ardınca bacım oğlu etiraz edəndə onu da götürdülər. Bölmədə yenə evimdə xəstə olduğunu, səs-küydən yata bilmədiklərini söyləyəndə, rəis deyir ki, niyə polisə etiraz edirsən. Bildirdim ki, yata bilmədiyim üçün etiraz edirəm. Niyə imkan vermirsiniz, insanlar dincəlsin, niyə o adamları binanın qarşısından yığışdırmırsınız. Buna cavab olaraq polisi təhqir etdiyimi deyir. Daha bu qədər məniyyatsızlıq olmaz da…”

————————————————————


DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-ya bildirib ki, N. Pənahlı polis əməkdaşları ilə mübahisə etdiyi üçün saxlanılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.

————————————————————–

Aprelin 11-də keçmiş siyasi məhbus Nemət Pənahlı yaşadığı binanın qarşısında polis tərəfindən saxlanılıb. Səbəb onun binanın qarşısında 3 gündür aksiya keçirənlərə etiraz etməsidir.

“Bilirsiniz ki, AXCP sədri Əli Kərimli bizdən bir mərtəbə yuxarıda qalır. Artıq 3 gündür ki, biz səs-küydən istirahət edə bilmirik. Həmin tələbələri avtobuslarla gətirib bunanın qabağına qoyub gedirlər, onlar da səsgücləndirici aparatlarla təhqiramiz ifadələr işlədirlər. Təsəvvür edin ki, polislər də kənardan dayanıb baxır, heç nə demirlər. Biz bu barədə müvafiq qurumlara şikayət etmişik. Elə oldu ki, Nemət bəy maşından düşüb evə gələn zaman bunlar yenə qışqırırdılar, yaxınlaşıb polisə şikayət edəndə, onun qollarını burub maşına basdılar”.

Bu sözləri Meydan TV-yə Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı bildirib.

Onun sözlərinə görə, Nemət bəyin bacısı oğlu Əbülfəz Allahverdiyev polislərin dayısını apardığını görəndə onun arxasınca gedib: “Polislər onun da qollarını burub maşına basıblar”.

Həcər Pənahlı Nemət Pənahlının hazırda Nəsimi Rayon Polis İdarəsinin 21-ci bölməsində olduğunu bildirdi: “Çox güman ki, izahat alırlar, özüylə danışa bildik”.

Ana səhifəXəbərlərNemət Pənahlı 21-ci polis bölməsindədir (yenilənib)