Nemət Kərimli: Yəqin, Osman Kazımovun məsələsi geniş müzakirəyə çıxarılacaq

Nemət Kərimli qarşılaşdığı olayla bağlı Məhkəmə Şurasına şikayət edəcəyini bildirib.

Source: Specify Source


Hakim Nemət Kərimlini zaldan çıxarıb

Yanvarın 28-də Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayev vəkil Nemət Kərimlinin prosesdə iştirakına qadağa qoyub.

Məhkəmə Müsavat Partiyasının Divan üzvü Mustafa Hacıbəylinin ötən ilin fevralında Mərkəzi Seçki Komissiyası (MSK) qarşısında polis təzyiqinə qalması haqda iddiaya baxıb.

Hakim bildirib ki, proses qapalı keçirildiyi üçün vəkil zalı tək etməlidir.

Bu barədə Meydan TV-yə vəkil Nemət Kərimli danışıb.

Nemət Kərimli bunun məhkəmə tarixində ilk hadisə olduğunu deyib.

O bildirib ki, prosesdə iştirakı haqda orderi olsa da, hakim bunu nəzərə almayıb: “Proses başlanan kimi katib mənə dedi ki, hakim sizə zalda oturmağa icazə vermir. Səbəb kimi isə prosesin qapalı olduğu göstərildi. Mən bunun qanunsuz olduğunu və hakimin prosesə gəlməsini tələb etsəm də, əhəmiyyət verilmədi. Hakim xəbər göndərdi ki, vəkil zalı tərk etməsə, iclas başlamayacaq. Bütün bunlara rəğmən ittiham tərəfinin nümayəndəsi zalda idi. Belə hadisə Azərbaycan məhkəmə tarixində bir ilk idi”.

Untitled design (1).png
Nemət Kərimli

Nemət Kərimli qarşılaşdığı olayla bağlı Məhkəmə Şurasına şikayət edəcəyini bildirib.

“Həmkarınız, Müsavat Partiyası başqanının müavini, Osman Kazımovun təhlükədə olan vəkillərlə bağlı beynəlxalq aksiyaya etiraz edərək ölkədə vəkillərə təzyiqin olmadığını söylədiyi halda, qarşılaşdığınız problemi necə qiymətləndirirsiniz” sualına Nemət Kərimli belə cavab verib: “Osman Kazımovun bəyanatından başqan da məlumatlıdır və kiçik dairədə məsələ müzakirə olunub, yəqin ki, geniş müzakirəyə də çıxarılacaq, bu, birmənalıdır. Ancaq Kazımov vəkillərə təzyiqin Vəkillər Kollegiyasından olmadığını deyib. Amma kollegiyanın bu cür oxşar hallarla bağlı vəkili müdafiə etməsini də xatırlamıram. Sırf mənimlə bağlı olayın kollegiyaya aidiyyatı yoxdur, bu, hakimin təzyiqidir və o, bunu özbaşına etməyib. Çox absurd olaydır ki, vəkili prosesə buraxmırlar, halbuki vəkil qapalı iclasda da iştirak edə bilər”.

2020-ci ilin fevraın 11-də MSK qarşısında Mustafa Hacıbəyliyə polis zorakılığı olub.

Divan üzvü döyüldüyünü iddia edərək Baş Prokurorluğa cinayət işinin başlanması üçün şikayət verib. Amma cinayət işinin başlanmaması barədə qərar qəbul edilib. Bundan sonra vəkil Nemət Kərimli şikayət etsə də, pandemiya olduğundan proses uzanıb.

Ana səhifəSiyasətNemət Kərimli: Yəqin, Osman Kazımovun məsələsi geniş müzakirəyə çıxarılacaq