“Neft ucuzlaşır, iqtisadiyyat çökür, iqtisadiyyatla bərabər əhali də çökür. Bu, hər kəsin süfrəsində özünü göstərir”.
Bu sözləri açar ustası İsrafil kişi deyir.
Vəziyyətlə əlaqədar qənaət sisteminə keçdiyini söyləyən usta uşaqların bunu hiss etməməsi üçün əlindən gələni etdiyini söyləyir: “Evin qibləsi mənəm. Büdcəni də mən idarə edirəm. Pul olmasa belə, evin ağsaqqalı mənəm. Bizdə heç vaxt pula görə hörmət qoyulmayıb”.
Ötən əsrin 90-cı illərindən açar ustası işləyən İsrafil heç nədən siğortalanmadığını deyir: “Biz nədən siğortalanmışıq? Bir ildən, bir aydan, gündən, bir saniyədən sonra ölkənin, millətin başına nə gələcəyini, nə olacağını bilmirik”.
Bu videonu izləyən hər kəs həm də MeydanTV-nin “Xalqın Xəbəri” vətəndaş jurnalistikası layihəsində iştirak edə bilər. Belə ki, qeyd etdiyiniz videoları, çəkdiyiniz fotoları, bildiyiniz məlumatları bizimlə paylaşa bilərsiniz.
Whatsapp nömrəmiz: +49 176 16263646