2015-ci ilin yanvarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 685 miyon 899,4 min manat vəsait daxil olub. Bu, ötən ilə nisbətən 94 mln 452,8 min manat azdır. Neftin ucuzlaşması ölkənin vergi gəlirlərinə də təsir edib.
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsinin yaydığı məlumatda isə deyilir ki, vergi proqnozu 3,3 faiz artıqlamasilə yerinə yetirilib.
Bu məbləğin 44,6 faizi mənfəət vergisinin (2014-cü ilin yanvarında 48,9 faiz), 24,7 faizi (21,2 faiz) əlavə dəyər vergisinin, 9,5 faizi fiziki şəxslərin gəlir vergisinin (8,2 faiz), 7,8 faizi aksizlərin (9,1 faiz) payına düşür.
Qeyri-neft-qaz sektoru vergilərin 50,2 faizi (340,7 mln manat) təmin edib. 2014-cü ilin yanvarında onun xüsusi çəkisi 42,4 faiz olub.
Vergilər Nazirliyi bu il dövlət büdcəsinə 7 mlrd 112 min manat vergi və rüsum təmin etməlidir. Bu, 2014-cü ildəkindən 10 mln manat çoxdur.
Bu yazı 10 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 12 Fevral 2015 13:32