“Qiymətlərin ucuzlaşmaqda davam etməsi OPEK-in hasilatı artırmayacağına dair qərarına bazarın reaksiyasıdır”
Dekabrın 1-nə keçən gecə birjalarda neftin qiyməti yenidən ucuzlaşıb. London birjasında Brend markalı neftin qiyməti birdən-birə daha 2 dollar ucuzlaşaraq 1 barrel üçün 68.28 dollar olub. Lakin sonradan qiymət 60 sent qalxaraq 1 barrel üçün 68.7 dollar həddində qərarlaşıb. Bu, 2010-cu ilin mayından bəriq qeydə alınan ən minimum həddir.
Oxşar vəziyyət Nyu-York birjasında Light Sweet markalı Texas nefti ilə də bağlı yaşanıb. Onun qiyməti 1 barrel üçün 65 dollardan aşağı enib.
Analitiklər bildirirlər ki, qiymətlərin ucuzlaşmaqda davam etməsi OPEK-in hasilatı artırmayacağına dair qərarına bazarın reaksiyasıdır. Əksər analitiklər hesab edirlər ki, OPEK qiymətlər 60 dollara düşənə qədər heç bir addım atmayacaq.