Neftin qiyməti 54,99 dollara düşdü

Source:

WTİ markalı neftinin qiyməti Nyu-York birjasında 4,70% düşüb

Nyu-York və London birjasında neft fyuçerslərinin qiyməti ucuzlaşıb.

ANS PRESS-in məluamıtna görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 2,21 (4,70%) dollar azalaraq 44,84 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 3,66 faiz enərək 54,99 dollar olub.

Bir müddət əvvəl OPEC açıqlamasında bu il neftin qiymətinin 60-70 dollar arasında olacağını bəyan etmişdi.

Ana səhifəXəbərlərNeftin qiyməti 54,99 dollara düşdü