Suraxanı rayonu, II Mədən ərazisində yaşayan sakinlər evlərinin kənarındakı kanalın iyi-qoxusundan, çirkabından və uşaqlarının həyatı üçün təhlükə yaratmasından şikayətlənirlər. Onlar bildirirlər ki, yaxınlıqdakı mədəndən gələn çirkab sular bəzən daşıb həyətlərinə qədər gəlir. Onlar bir neçə dəfə uşaqlarının kanala düşdüyünü deyirlər. Sakinlərin tək istəyi var, kanalın üstü örtülsün. Bununla da iyi-qoxusu, təhlükəsi sovuşsun.
Ərazidə işləyən ” Suraxanı Oil” şirkətindən bildiriblər ki, sakinlər şirkətə müraciət etsin və onların problemi həll olunacaq.