”Nefti unutmalıyıq” mesajından Neftçilər Gününə

Prezidentin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr Azərbaycanda “Neftçilər günü” peşə bayramı kimi qeyd edilir.

Bu tarix “Əsrin müqaviləsi”nin bağlanması ilə əlaqədardır.

Neft sahəsi Azərbaycan iqtisadiyyatının əsas dayağı hesab edilir. Son illər neftin qiymətinin dünya bazarında ucuzlaşması “qara qızıl”dan asılı ölkədə inflyasiyanın, iqtisadi tənəzzülün yaranmasına səbəb olub. Hətta dövlət başçısı İlham Əliyev “Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə, unutmalıyıq” – deyərək, qeyri-neft sektorunun inkişafına çalışmağın vacibliyini vurğulayıb.

Neft Azərbaycan xalqına təkcə iqtisadi uğur gətirməyib, həm də faciələrə səbəb olub. Belə ki, 4 dekabr 2015-ci ildə, saat 17 radələrində “Günəşli” neft yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində 9 nəfər dünyasını dəyişib, 63 nəfər zərər görüb. Bununla bağlı 6 dekabr ölkədə Matəm Günü kimi qeyd edilib. Hadisə nəticəsində itkin düşənlərin bir neçəsinin cəsədi sonradan tapılsa da, hələ taleyi bəlli olmayanlar var.

Ana səhifəVideo”Nefti unutmalıyıq” mesajından Neftçilər Gününə