”Neftçilər limanda qalıb, ciddi narazılıq var”

Hazırda limanda gəmiyə minmək üçün növbə gözləyən neftçilərdən biri də Meydan TV-yə deyib ki, nəqliyyat problemi işlərinə ciddi əngəl yaradır.

Source: meydan.tv


Mirvari Qəhrəmanlı: ''Təsəvvür edin, elə vəziyyət yaranır ki, işçilər gəmiyə minmək üçün bir-birini itələyirlər''

Küləkli hava olduğu üçün son 3-4 gün ərzində işə gedə bilməyən Dövlət Neft Şirkətinin 1000-dək işçisi hazırda Bakı Dəniz Limanında növbədədir. İşçilərə tutumu 450 nəfər olan gəmi ayrılıb.

Bunu Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı deyib. Qəhrəmanlı bildirib ki, “General Əsədov” gəmisi limana yaxınlaşıb. Gecədən növbə tutan işçilər gəmiyə minə bimir, basabas yaranıb. Hüquq müdafiəçisi deyib ki, 400-ə yaxın işçi limanda qalıb, ciddi narazılıq var.

“Neçə vaxtdır bu cür narazılıq hökm sürür. Hava küləkli olan kimi neftçilər işə gedə bilmirlər. İşdə olanlar isə evlərinə gələ bilmirlər. Bu isə əməkhaqqına təsir edir. Təsəvvür edin, elə vəziyyət yaranır ki, işçilər gəmiyə minmək üçün bir-birini itələyirlər. Bəzən isə işçilərin həyatı təhlükədə olur”.

Qəhrəmanlı onu da deyib ki, şirkətin rəhbər işçilərinin katibələri belə son model avtomobillərlə işə gedib-gəlirlər. Neftçilər isə işə getmək üçün normal gəmi ilə təmin olunmurlar:

“Halbuki neft şirkəti həmin o neftçilərin çiyinlərindədir. Təəssüf ki, bu mənzərəni şirkətin rəsmi şəxsləri də görürlər, amma əhəmiyyət verən yoxdur”.

38566
Mirvari Qəhrəmanlı

Hazırda limanda gəmiyə minmək üçün növbə gözləyən neftçilərdən biri də Meydan TV-yə deyib ki, nəqliyyat problemi işlərinə ciddi əngəl yaradır. Ancaq buna rəğmən rəhbərlik heç bir güzəşt etmir, gedə bilməyənlərin maaşından kəsir:

“Ona görə də gəmiyə minmək uğrunda az qala mübarizə gedir. Rəhbərlik nə şərait yaradır, nə də anlayış göstərir. Bizim qazandığımız çörək deyil, əzabdır”.

Təşkilat rəhbəri isə onu da əlavə edib ki, şirkətdə hazırda 50 min işçiyə 9 min rəhbər, yəni menecer düşür. Bu isə o deməkdir ki, ortalama hər 5,5 adamın bir rəisi var: “Onların əksəriyyəti qohumdur. Bu şəxslər üçün işləməyə şərait yaradanlar neftçilərin adi daşınma problemini həll etsinlər. Narazılıqdan sonra əlavə gəmi ayırılaraq "Cilov" adasına, digəri Neft Daşlarına limanda qalan neftçilərin işə aparacaqlar. Ancaq problemi kökündən həll etmək lazımdır".

Həftənin bazar günü olduğundan ARDNŞ-dan mısələyə münasibət öyrənmək mümkün olmayıb.

image_from_ios.jpg
liman
Ana səhifəXəbərlər”Neftçilər limanda qalıb, ciddi narazılıq var”