Neftçalalı “Robinzon Kruzo”dan bəhs edən film beynəlxalq festivalda

Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyubla Fariz Əhmədovdur.

Source: Specify Source


Film Kür dili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir

Rejissor Fariz Əhmədovun “Sonuncu” sənədli filmi Polşada keçiriləcək beynəlxalq “ENERGACamerimage” festivalında nümayiş olunacaq.

Məlumatı Meydan TV-yə “Azərbaycanfilm” kinostudiyasının PR meneceri Lətif Lətifsoy verib.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bakı Media Mərkəzi” və “Salnaməfilm” Studiyası tərəfindən istehsal olunmuş “Sonuncu” sənədli filmi 29-cu “ENERGACamerimage” Beynəlxalq Film Festivalının qısametrajlı sənədli filmlər üzrə müsabiqə bölməsində yarışacaq.

Festival bu il noyabrın 13-20-dək Polşanın Torun şəhərində keçiriləcək.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyubla Fariz Əhmədovdur.

Filmin operatoru Polşadan dəvət olunmuş təsvir rejissoru Mateuş Çuxnovskidir.

Film Neftçala yaxınlığında yerləşən Kür dili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir.

1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində vaxtilə həyat qaynayan Kür dili adaya çevrilərək yaşayış üçün əlverişsiz hala gəlib.

Əhalinin əksəriyyəti adadan köçüb. Qazsız, işıqsız və demək olar ki, insansız qalan ada tənhalaşdı, təbiəti, heyvanları vəhşiləşdi, evləri dağılıb. 68 yaşlı Vitalidən başqa orada heç kəs yaşamayıb. O, adayla nəfəs alır, elə son nəfəsini də adada – kamera qarşısında verir.

Neftçalada yerli sakinlərin “Robinzon Kruzo” ləqəbi ilə tanıdığı Vitali Pronin çəkilişlərdən sonra 2020-ci ildə vəfat edib.

“Sonuncu” bu il premyerasını 50-ci Rotterdam Beynəlxalq Film Festivalında etdikdən sonra, müxtəlif ölkələrin mühim film festivallarında da göstərilib.

Eyni zamanda, Bosniya və Hersoqovinada keçirilən 15-ci Jahorina Film Festivalında isə “Ən yaxşı sənədli film” nominasiyası üzrə “Golden Maple” (Qızıl Ağcaqayın) mükafatına layiq görülüb.

Kinorejissor Fariz Əhmədov hazırda Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktorudur.

Onun filmləri indiyə qədər bir çox beynəlxalq festivalların iştirakçısı və mükafatçısı olub.

Ana səhifəMədəniyyətNeftçalalı “Robinzon Kruzo”dan bəhs edən film beynəlxalq festivalda