Neft yenə ucuzlaşdı

“AzeriLight” markalı neftin bir barelinin qiyməti 0,29% və ya 0,13 dollar azalaraq 44,34 dollar olub

Source:

Azərbaycan nefti ucuzlaşıb. “APA-Economics”in məlumatına görə, London birjasında dünən keçirilmiş hərraclarda “AzeriLight” markalı neftin bir barelinin qiyməti 0,29% və ya 0,13 dollar azalaraq 44,34 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində isə WTI neftinin qiyməti 1 barelə görə 0,86 dollar artaraq 39,46 dollar təşkil edib.

 ICE London qitələrarası birjasında Brent markalı neftin də 1 barelinin dəyəri 1,02 dollar artaraq 44,16 dollar olub.

Ana səhifəXəbərlərNeft yenə ucuzlaşdı