Neft ollar 60 dollar olsa, ARDNŞ-nin hansı itkiləri olacaq?

“Bu, ARDNŞ üçün böyük fərqdir, amma elə də ciddi deyil”

Source:


“Bu, ARDNŞ üçün böyük fərqdir, amma elə də ciddi deyil”

“Neftin 1 barrel üçün nəzərdə tutulan 90 dollarlıq qiymətinin 60 dollara qədər düşməsi, şirkətin gəlirlərində təxminən 400 milyon manata qədər fərq yarada bilər”. Bunu ARDNŞ-nin vitse-prezidenti Süleyman Qasımov dünənki mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ARDNŞ-nin hasil etdiyi neft və qazın çoxu daxili tələbatın ödənilməsinə yönəldilir. Ona görə neftin ucuzlaşmasının ciddi təsirləri olmayacaq.

“Bu, ARDNŞ üçün böyük fərqdir, amma elə də ciddi deyil. Bu itkiləri başqa xərcləri tənzimləməklə ödəmək olar”, – deyə o qeyd edib.

Qasımovun sözlərinə görə, ARDNŞ-nin hasil etdiyi neftin maya dəyəri 1 ton üçün 100 manat, barrel üçün 17 dollardır. İxrac həcmi böyük deyil. Neftin çoxu daxili tələbata – emala yönəldilir (ildə 6,5 mln ton – red), deyə o bildirib.

PSA sazişlərdə ARDNŞ-nin gəlirləri ilə bağlı Qasımov qeyd edib ki, bu pay böyük deyil.

“Azəri-Çıraq-Günəşli”dən əldə olunan gəlirlər təxminən 300-400 milyon dollardır. Bu rəqəm yarıyacan azala bilər. Bu bizi ciddi qorxutmur”, – deyə Qasımov qeyd edib.

Ana səhifəXəbərlərNeft ollar 60 dollar olsa, ARDNŞ-nin hansı itkiləri olacaq?