Neft Fondu ötən ildəki qazancının 42 faizini itirib

“Bir sözlə, ARDNF büdcə qarşısında öhdəliyini yerinə yetirmək üçün aktivlərini satmaq məcburiyyətində qalıb”, – Nemət Əliyev vurğulayıb.

Source: meydan tv


“Ən çox itki səhmlərdə olub”

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (

ARDNF

) 2019-cu ildəki qazancının 42 faizini itirib. Bu, ümumi aktivlərinin 4,6 faizidir. Rəqəmlə deyilsə, 1.984 milyard dollar zərər edib.

İqtisadçı Rövçən Ağayev deyir ki, bu rəqəmin 544 mln. dolları – təxminən dörddə biri aktiv xərcləmə ilə bağlı olub. Yəni rüb ərzində əldə etdiyi gəlirdən əlavə 544 mln. USD xərclədiyi vəsaitlərini aktivlərindən götürüb:

“Yerdə qalan 1.4 mlrd. dollar ərimə aktivlərin dəyərinin azalması səbəbindən baş verib”.

rı olub. İndi isə bu rəqəm 41.339,10 milyon ABŞ dollarına enib.

796670BF-09D4-4B9E-8FDC-30260A5EDA8D_w1200_r1_s.jpg
Rövşən Ağayev

Rövşən Ağayev deyir ki, ən çox itki səhmlərdə olub. 1 mlrd. dollar. Valyuta məzənnələrinə görə itki isə 150 mln. dollardan bir qədər artıq olub”.

İqtisadçı Nemət Əliyev isə deyir ki, ARDNF-nin Rusiyadakı aktivləri 40 faiz, avroda ifadə olunan aktivləri 30 faiz, Avstraliyadakı aktivləri 20 faiz, İngiltərədəki aktivləri 10 faiz azalıb:

“Türkiyə, Çin, Koreya, Yaponiya və digər ölkələrə yatırılan vəsaitlər də dəyər itkisinə məruz qalıb. Bu siyahı üzrə ümumi itkilər 4,7 milyard dollar səviyyəsində qiymətləndirilib”.

İqtisadçı bildirib ki, bu dövrdə yalnız qızıl və ABŞ dollarında ifadə olunan aktivlər öz dəyərini 2,8 milyard dollar artıra bilib. Bu da ümumi itkiləri kompensasiya etmək gücündə olmayıb:

Nemət Əliyev
Nemət Əliyev

“Yekun hesabda Neft Fondunun mal-mülkü 3 aya 2 milyard dollara yaxın azalıb. Bu itkilərin 74 faizi və ya 1,4 milyard dolları bazar və məzənnə dəyişkənliyi səbəblərindən aktivlərin dəyər itirməsi hesabına, 26 faizi və ya 500 milyon dollardan çoxu isə aktivlərin satılması hesabınadır”.

"Bir sözlə, ARDNF büdcə qarşısında öhdəliyini yerinə yetirmək üçün aktivlərini satmaq məcburiyyətində qalıb”, – Nemət Əliyev vurğulayıb.

2019-cu ildə ARDNF-nin aktivlərin həcmi 43.322,68 milyon ABŞ dolla

Ana səhifəİqtisadiyyatNeft Fondu ötən ildəki qazancının 42 faizini itirib