Neft Fondu aprel hərraclarında 220,8 mln. dollar satıb

ARDNF satdığı vəsaitin həcmini açıqlayıb

Source:


ARDNF satdığı vəsaitin həcmini açıqlayıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) aprel ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.

ARDNF-nin məlumatına görə, ötən ay valyuta hərraclarında 220,8 mln. dollar satılıb.

ARDNF yanvar-mart ayları ərzində AMB tərəfindən keçirilən valyuta hərraclarında 793,4 mln. dollar məbləğində vəsait satıb. Beləliklə, cari ilin 4 ayı ərzində ARDNF tərəfindən hərraclarda satılan valyutanın həcmi 1 mlrd. 15,1 mln. dollar olub.

2016-cı ildə keçirilən valyuta hərraclarında ARDNF 4,9 mlrd. dollar satıb ki, bu da 2015-ci illə müqayisədə 37,5 faiz azdır.

Ana səhifəXəbərlərNeft Fondu aprel hərraclarında 220,8 mln. dollar satıb