Azərbaycan turistlərin sayını ikiqat artırmaq və neft böhranının öhdəsindən gəlmək üçün daha bir yol tapmaq üzərində işləyir
Azərbaycan bir ay əvvəl turist potensialının inkişafında yeni mərhələnin başlandığını rəsmi şəkildə elan edib. Oktyabrın 18-də keçən ilk Milli Turist Sammitində Turizm üzrə Dövlət Agentliyinin sədri Fuad Nağıyev xüsusilə bəyan edib ki, xarici turistlərin ölkənin turizm potensialı ilə maraqlanması üçün fəal şəkildə işləyirlər. Nağıyevin sözlərinə görə, bu, yalnız turizmin inkişafı üzrə “mühüm işin” bir hissəsidir.
Bu yaxınlarda “Bloomberg” şirkətinin Azərbaycanı 2018-ci ilin ən tez böyüyən turist istiqamətlərinin “Top-10”-na daxil etməsi faktı ölkədə turizmin, həqiqətən də, inkişaf pilləsində yüksəldiyinə şahidlik edir.
Rəsmi statistikaya görə, 2018-ci ilin birinci yarısında Azərbaycan milyon yarım turist qəbul edib – bu, ötən ilki göstəricilərdən 10 faiz çoxdur.
2023-cü ildə ölkə qonaqların sayını iki dəfə artırmağı planlaşdırır.
Qonaqların coğrafiyası da genişlənib – Rusiyadan gələn turistlərin sayı artıb (31,6 faiz). Daha sonra Gürcüstandan, Türkiyədən, İrandan, BƏƏ-dən, İraqdan və Ukraynadan olan turistlər gəlir.
Vizasız
“Biz artıq bir neçə Zaqafqaziya ölkəsində olmuşuq, Azərbaycan baş çəkmədiklərimiz sırasında sonuncusu idi, odur ki, bura gəlməyi qərara aldıq. Burda hər şey xoşumuza gəldi, xüsusilə də Bakının mərkəzi, o, möhtəşəm şəkildə tikilib, təəssüratımız böyükdür. Xidmət də yüksək səviyyədədir ”, – Rostovdan Bakıya ilk dəfə gəlmiş tursit danışır.
Digər rusiyalı turist Meydan TV-yə danışıb ki, Rusiya vətəndaşları son zamanlar Amerika və Aİ ölkələrinə viza almaqda çətinlik çəkirlər, odur ki, onlar Cənubi Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana diqqət yetirməyə başlayıblar.
Turizm üzrə Dövlər Agentliyinin sədri Fuad Nağıyev rusiyalı turistlərin artan marağını təsdiqləyib. “Bu ilin ilk iki ayında Azərbaycana 600 mindən çox Rusiya vətəndaşı gəlib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 20% çoxdur”, – o, sentyabrda Bakıda keçən Azərbaycan-Rusiya bölgələrarası forumunda söyləyib.
9 postsovet ölkəsinin, o cümlədən Belarus, Rusiya, Ukrayna və Gürcüstan vətəndaşları üçün ölkəyə vizasız rejim girişi keçərlidir. Onlar qeydiyyatdan keçmədən Azərbaycanda iki həftə qala bilərlər ki, bu da ölkəni gəzmək üçün yetərli müddətdir.
2018-ci ilin birinci yarısında MDB ölkələrindən olan 5 min turist bu imkandan istifadə edib.
Dil maneəsi olmadan
Azərbaycanda rus dilini yaxşı bilirlər və bu, MDB ölkələrinin bir çox tursitini cəlb edir. Rusca təkcə Bakıda deyil, əyalətdə də danışmaq mümkündür. Bu dildə rahat danışa bilən adamlarla sözün hərfi mənasında istənilən kafedə, restoranda, mağazada, ya da sadəcə ictimai nəqliyyatda rastlaşmaq mümkündür.
Türkiyə və İrandan olan turistlər də bu cəhətdən heç bir maneə ilə rastlaşmırlar – demək olar ki, bütün azərbaycanlılar türk dilini başa düşürlər, İrandan olan turistlərsə Azərbaycan dilini bilirlər, çünki bu ölkədən əsasən məhz etnik azərbaycanlılar gəlirlər.
Azərbaycanda ikinci məşhur istiqamət (Bakıdan sonra) Böyük Qafqazın cənub dağətəyində yerləşmiş qədim Şəki şəhəridir. Şəhər sakini Mirvari Rəsulova deyir ki, turistlər daha çox XVIII əsrdə tikilmiş Şəki Xan sarayına, karvansaraya, yerli bazara baş çəkirlər.
Агиль Керимов – мастер, который делает папахи. Он работает в мастерской при караван-сарае. Папахи Агиля на все случаи жизни: начиная от для танцев и заканчивая выпасом овец. Цены зависят от качества шерсти– от 25 манатов (приблизительно 15 долларов) до 300-350 манатов (175-200 долларов). Говорит, что среди его клиентов много иностранных туристов.
Aqil Kərimov papaqçıdır. O, karvansaraydakı emalatxanada işləyir. Aqil cürbəcür papaqlar tikir: bunlar istər rəqs papaqları, istərsə də çoban papaqlarıdır. Qiymətlər yunun keyfiyyətindən asılı olaraq, 25 manatdan (təxminən 15 dollar) 300-350 manatadək (175-200 dollar) arta bilər. O, müştərilərinin arasında çoxlu xarici turistlərin olduğunu deyir.
Şəki Turizm İnformasiya Mərkəzinin əməkdaşı Vəfa Mustafayevanın sözlərinə görə, Azərbaycan hökuməti təkcə Şəkiyə deyil, həm də Azərbaycanın digər bölgələrinə daha çox sayda turist cəlb etmək üçün dünyanın müxtəlif ölkələrində turist sərgiləri keçirir.
“Mən özüm də 2015-ci ildə Fransada keçirilən belə bir sərgidə iştirak etmişəm. Deyə bilərəm ki, bu sərgidən sonra Azərbaycanda fransız turistlərin sayı artdı”, – o, Meydan TV-yə danışıb.
Uğurun resepti
İqtisadçı Toğrul Maşallı hesab edir ki, əgər Azərbaycan, həqiqətən də, turizmi inkişaf etdirmək istəyirsə, o, qonşu Gürcüstandan nümunə götürməlidir. Və ilk növbədə, viza siyasətinə yenidən göz yetirməlidir:
“Hökumət ərəb ölkələri üçün viza rejimini sadəlşdirəndən sonra BƏƏ-dən gələn turistlərin sayı qat-qat artıb. Bu il Azərbaycana 400 mindən çox ərəb gəlib ki, bu da ölkəyə gələn bütün turistlərin 20 faizini təşkil edir. Belə bir sistemi digər ölkələrin vətəndaşları üçün də tətbiq etmək lazımdır”.
Təkcə 2018-ci ilin əvvəlində Azərbaycan 11 ölkənin vətəndaşı üçün giriş vizasının verilmə prosedurasını sadələşdirib ki, onların arasında həmçinin BƏƏ, Bəhreyn, İsrail, Yaponiya və Çin var.
“Bəli, elektron viza sistemi yaradılıb, amma, bu, yenə də vizadır”, – Maşallı hesab edir. İndi isə viza rejimi hətta İran və Türkiyə kimi qonşu ölkələr üçün mövcuddur”.