Neft bazarında təklif tələbi üstələyir

Source:


Natiq Cəfərli: “Cuzi artım neftdən asılı büdcəni xilas etməyəcək”

Brent markalı neftin 1 barelinin dəyəri 58,05 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,56 artaraq 52,25 dollar təşkil edib.

“APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,25 dollar bahalaşaraq 58,05 dollar olub.

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, neft bazarında son dövrlərdə baş verən proseslər onu göstərir ki, yaxın gələcəkdə neftin qiymətinin artması ilə bağlı fundamental iqtisadi səbəblər yoxdur:

“Birjada müəyyən əməliyyatlar həyata keçirilir və neftin qiymətinin bir gün azalır, sabahısı gün artır. Belə bir oynaqlıq yaranıb. Yenə də deyirəm, bu gün neftin qiymətinin artması üçün fundamental iqtisadi səbəblər yoxdur. Çünki dünyada hələ də təklif tələbi üstələyir. Hər gün təqribən 2 milyon barelə yaxın neft təklif olunur. Ərəb ölkələri bazara birjadakından ucuz qiymətlərə məhsul təklif edirlər. Odur ki, dünya bazarında neftin qiymətinin oynaq olması fundamental səbəblərin olmamasından irəli gəlir”.

Ekspert bildirir ki, dünyada gedən iqtisadi proseslər də göstərir ki, yaxın gələcəkdə neftə olan tələbat artmayacaq:

“Dünyanın ən böyük iqtisadiyyatlarından olan Çin iqtisadiyyatı ciddi şəkildə zəifləyib. İqtisadi ümumdaxili artım tempi xeyli dərəcədə aşağı düşüb. O qədər ki, son 30 ilin ən aşağı səviyyəsindədir. Avropa Birliyində ciddi problemlər var. Amerikadan başqa, iki ən böyük iqtisadiyyatlarda olan problemlər onu göstərir ki, yaxın gələcəkdə neftə təlabat artmayacaq. Ən azı, bu ilin sonunadək neftin qiymətində ciddi dəyişikliklər olmasını gözləmək əbəsdir”.

Natiq Cəfərli onu da dedi ki, bu cuzi artımlar Azərbaycanda fundamental problemlərin həllinə kömək olmayacaq: “Azərbaycanda Neft Fondunun gəlirləri və büdcə panametrləri 90 dollardan hesablanıb. Ötən ayın ortalama qiyməti isə 50 dollardan biraz yuxarı olub. Fevraldakı ortalama qiymət də təqribən 50-55 dollar civarında olacaq. Bir sözlə, Azərbaycan nefti büdcədə nəzərdə tutulandan 35-40 dollar ucuz satılır. Ona görə də, belə cüzi artımların heç nəyə təsiri olmayacaq”.

Ana səhifəXəbərlərNeft bazarında təklif tələbi üstələyir