Nazirliklər meşə yanğınları barədə ziddiyyətli məlumatlar verir

Yerli sakinlər isə Lerikdə ağac kömürünün hazırlanması zamanı odla ehtiyatsız davranmanın olduğunu bildirir

Source:

Yerli sakinlər isə Lerikdə ağac kömürünün hazırlanması zamanı odla ehtiyatsız davranmanın olduğunu bildirir

İyulun 21-də Lerik və Lənkəran rayonlarında baş vermiş meşə yanğınları söndürülüb.

Məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb. Nazirliyin məlumatına görə, yanğın Lerik rayon mərkəzinin 35 km.-də Piran kəndi ətrafında 30 ha-ya yaxın meşə zolağını əhatə edib. Yanğının söndürülməsinə FHN-in şəxsi heyəti, avia dəstəsi və yanğından mühafizə xidməti cəlb edilib. Yanğının söndürülməsində meşə təsərrüfatının əməkdaşları və yerli sakinlər də iştirak ediblər.

Hazırda yanğın lokallaşdırılıb.

Həmçinin Lənkəran rayon mərkəzindən 8 km.-də Girkan Milli Parkında və dağ yerlərində yanğın lokallaşdırılıb. Burada alov 5 ha sahəni əhatə edb.

Ekologiya Nazirliyi isə bildirib ki, alov az ərazini əhatə edib.

Nə FHN, nə də Ekologiya Nazirliyi meşə yanğınlarının səbəblərini açıqlamır.

“Turan İA” yerli sakinlərə istinadən məlumat verir ki, Lerikdə ağac kömürünün hazırlanması zamanı odla ehtiyatsız davranma səbəbindən baş verə bilər.

Bir neçə il öncə güclü yanğın nəticəsində Şirvan Milli Parkında 15 ha kol yanmışdı.

Ana səhifəXəbərlərNazirliklər meşə yanğınları barədə ziddiyyətli məlumatlar verir