Səbail rayonu Mikayıl Hüseynov küçəsində yerləşən bu binada vergilər naziri Fazil Məmmədov, Bakı Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev yaşayıblar. Onlar bir neçə il öncə binadan köçdükdən sonra Səbail rayon İcra Hakimiyyəti binanın qəzalı olduğunu bildirib. İki il öncə Fövqəladə Hallar Nazirliyinin ekspertləri binadan nümunələr götürərək onun istifadəyə yararlı olduğunu deyiblər. Amma iki ildən sonra icra hakimiyyəti binanın qəzalı olması səbəbi ilə sakinlərin dərhal buradan çıxmasını tələb edib.
Bu yazı 11 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 13 Yanvar 2014 20:29
Qısa link: https://storage.googleapis.com/qurium/www.meydan.tv/az-article-nazirin-yasadigi-bina-bosaldilir.html
Ana səhifə ▸ Video ▸