Nazir: Ölkəmiz böhranın uzunmüddətli təsirlərinə qarşı dayanıqlıdır

Natiq Cəfərli: ”Azərbaycan böhranın tam ortasındadır”

Source:


Natiq Cəfərli: ”Azərbaycan böhranın tam ortasındadır”

“Azərbaycan iqtisadi gerçəkliklərə çevik münasibəti ilə fərqlənir. Həyata keçirilən qabaqlayıcı iqtisadi-sosial siyasət qlobal böhranların fəsadını azaldıb”, – vergilər naziri Fazil Məmmədovun Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) saytında çıxan məqaləsində belə deyilir.

Nazir neft gəlirlərinin ölkənin qeyri-neft sektoruna yönəldildiyini qeyd edir. Bu sahəyə xarici investisiyaların cəlbi, işgüzar mühitin və biznesin fəaliyyəti üçün yaradılan şəraitin Azərbaycanı müxtəlif böhranların uzunmüddətli təsirlərinə qarşı dayanıqlı etdiyini yazır:

“İqtisadi baza formalaşıb. Dünya iqtisadiyyatının yeni tsiklə daxil olması, enerji bazarlarında neftin kəskin ucuzlaşması neft ixracatçısı ölkələrə, o cümlədən Azərbaycana təsir edib. Belə şəraitdə prezident İlham Əliyev iqtisadiyyatımızın liberallaşdırılması, rəqabət qabiliyyətinin artırılmasını, idxaldan asılılığın azaldılmasını, ixracyönümlü qeyri-neft sektorunun əsaslı inkişafının təmin edilməsi məqsədilə iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılmasını, bu istiqamətdə davamlı və ardıcıl islahatların aparılmasını hökumətin qarşısında 2016-cı il üçün mühüm vəzifə olaraq müəyyənləşdirib. Yeni iqtisadi strategiyanın hazırlanması və müvafiq institusional və konseptual islahatların həyata keçirilməsi ciddi zərurətdir”.

İqtisadçı Natiq Cəfərli nazirin fikirlərinin reallığı əks etdirmədiyini düşünür. Deyir, son iki ilin makroiqtisadi göstəricilərinə baxdıqda görünür ki, keçən il Ümumi Daxili Məhsul (ÜDM) 4 faiz azalıb:

“Bu, dünyada iqtisadiyyatı ən çox daralan ölkələrdən biri olmaq deməkdir. Azərbaycan MDB-də birinci yerdədir. Milli valyuta 2 ildə 3 dəfədən çox dəyər itirib və dünyada ən çox dəyərdən düşən milli valyutaların sırasındadır”.

İqtisadçı deyir ki, büdcənin formalaşdırılması Fazil Məmmədovun səlahiyyətindədir. Baxdıqda görünür ki, son 10 ilin ən kiçik büdcəsi 2017-ci ilə aiddir. İki il əvvəl dollar ekvivalentində 27 milyarda yaxın vəsait var idi. Bütün istiqamətlər üzrə böhranın olduğu və daha da dərinləşdiyi göz önündədir. Amma hörmətli nazirin belə dəyərləndirməsi izaha ehtiyacın olduğunu göstərir”.

Natiq Cəfərli foto Meydan TV

Natiq Cəfərli bildirir ki, Azərbaycan məmurları qarşı tərəf olmadığından monoloq rejimində fəaliyyət göstəriblər. Dialoq rejimi olsaydı, bu məsələlərə aydınlıq gətirmək üçün suallar verilərdi:

“Bu baxımdan Rusiya örnəyi var. Rusiyada il ərzində 4-5 böyük forum keçirilir. Burada nazirlər də iştirak edir. Tədbirdə iştirakçıların birbaşa sual verib, izah tələb etmək imkanı yaradılır. Azərbaycanda belə forumlar olmadığından monoloq üsulundan istifadə edilir. Onların əllərindəki cümlələri faktlarla təsdiqləmələrinə ehtiyac duyulmur. Ancaq bütün makroiqtisadi göstəricilərinə görə, Azərbaycan böhranın tam ortasındadır. Bunun səbələrini izah etmək isə nazirin borcudur”.

Ana səhifəAnalitikaNazir: Ölkəmiz böhranın uzunmüddətli təsirlərinə qarşı dayanıqlıdır