‘
’Bu, heç bir mədəniyyət işçisinin daxili dünyasının zənginliyinə uyğun deyil”
‘’Əfsuslar olsun ki, dövlət mükafatlarını almış bəzi insanlar bu yaxınlarda gedib dövlət əleyhinə çıxışlar zamanı öz səslərini ucaldıblar. Bu, heç bir mədəniyyət işçisinin daxili dünyasının zənginliyinə uyğun deyil”.
“Report” yazır ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
“Əgər dövlət bizim əməyimizi qiymətləndirirsə, biz də onu qiymətləndirməliyik. Axırıncı baş verənlər olduqca təəssüfləndirici haldır”, – deyə nazir əlavə edib.
Milli Şura sentyabrın 23-də və oktyabrın 7-də Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirib.
Aksiya Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) ilə də razılaşdırılıb. Mitinqdə “Talana yox”, “İstefa” kimi şüarlar səslənib. Mitinqdə çıxış edən Milli Şuranın rəhbərliyi hakimiyyəti tənqid edib. Onlar hakimiyyətin neft siyasətinin xalqın yox, bir ailənin mənafeyinə xidmət etdiyini deyiblər.
Demokratik Qüvvələrin Milli Şurası 2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində müxalif siyasətçilərin birliyi kimi yaradılıb.