Nazir: Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artıb

”Əl əməyi ilə bol məhsuldarlığı olan aqrar sektor yaratmaq mümkün deyil”

Source:


”Əl əməyi ilə bol məhsuldarlığı olan aqrar sektor yaratmaq mümkün deyil”

“Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi artır”.

Bunu VIII Rusiya-Azərbaycan Regionlararası Forumunda jurnalistlərə açıqlama verən Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin bildirib.

Məlumatı APA yayıb.

Maksim Oreşkin deyib ki, bu, iki ölkə arasında əlaqələrin inkişaf etməsinin göstəricisidir:

“Bu, hər iki tərəfə sərfəlidir. Forumda vacib sənədlər imzalandı. Bu, yeni investisiya layihələridir. Deməli, iki ölkə arasında qarşılıqlı investisiya layihələri inkişaf edir”.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev də jurnalistlərə açıqlamasında iki ölkə arasında ticarət dövriyyəsinin artdığını təsdiqləyib:

“Ötən il 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 10, bu ilin ilk 8 ayında isə 7 faiz artıb. Artımda kənd təsərrüfatı məhsullarının rolu böyükdür. Belə ki, ticarət dövriyyəsinin artımına, əsasən, kənd təsərrüfatı mallarının ixracının artırılması sayəsində nail olmuşuq. Azərbaycandan Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsullarının həcmi 60 faiz artıb. Bütün bunlar Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan sonra baş verib. İki ölkə rəhbərliyi arasında əldə olunan razılığa görə, Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı artırılıb. Kənd təsərrüfatı məhsullarının ixracı daha da arta bilər”.

REAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli deyir ki, mövsümdə ucuzlaşmalı olan malların qiymətinin artımı bəlkə də buna görədir:

“Bununla bağlı analiz aparmaq heç hökumətin ağlına gəlibmi? Gəlin izah edim: Sənin 10 alman var. Yaxın gələcəkdə bu, maksimum 11 olacaq. Əvvəl 10 almanın 8-ni yerli bazarda, 2-ni Rusiyada satırdın. İndi 6 almanı yerli bazarda, 4-nü Rusiyada satırsan deyə, yerli bazarda qiymət qalxıb. Çünki mal azalıb. Sizin hələ də anlaya bilmədiyiniz iqtisadi qanunların şahı – tələb-təklif işə düşüb. Yəni siz “dubinka” ilə məzənnəni, iqtisadiyyatın digər sahələrini bir müddət idarə edə bilərsiniz, amma sonda mütləq iqtisadi qanunlar işə düşür, önə çıxır və elmin dediyi olur”.

Natiq Cəfərli

Natiq Cəfərli bildirir ki, bu günədək prezident və onun nazir-məmurları aqrar sahənin ölkəni xilas edəcəyini deyirdi. Ancaq belə olmadı:

“Ölkənin torpaq fondu azdır, əkinəyararlı torpaqların 30 faizdən çoxu şoranlaşıb, ərazimiz kiçik, suvarma zəif, əhali də artır. Məhsuldarlıq az, elmin tədbiqi yox, texnika və texnologiyalar çatmır, əl (qul) əməyi ilə rentabelli, gəlirli, bol məhsuldarlığı olan aqrar sektor yaratmaq mümkün deyil. Həm də bu sahənin yaratdığı əlavə dəyər çox azdır. 1 ton pomidor istehsal edib, daşıyıb Rusiyada satsan, həmin məhsulun dəyərinə cəmi 1 “İPhone” almaq olar”.

İqtisadçı bildirir ki, əgər valyuta dalınca qaçıb aqrar sahənin ixracını artırsaq, daxildə qiymət qalxacaq. İxracı artırmasaq valyuta gəlməyəcək:

“Deməli, çıxış yolu ağılla, elmlə, biliklə silahlanıb ciddi analiz aparmaq, əl əməyini minimuma endirən, məhsuldarlığı 2-3 dəfə artıra biləcək yeni texnika və texnologiyalara söykənən aqrar sektor, hətta aqrarsənaye sektoru qurmaqdır”.

Ana səhifəXəbərlərNazir: Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artıb