Nazim Bəydəmirli: Prezidentin Fərmanı yaddan çıxdı

“Təşkilatlar Tarif Şurasının əli ilə qazın və elektrikin qiymətini 4 dəfə bahaya satmaq qərarına gəliblər”

Source:


“Təşkilatlar Tarif Şurasının əli ilə qazın və elektrikin qiymətini 4 dəfə bahaya satmaq qərarına gəliblər”

“Yaxın tariximizdəki birinci iqtisadi böhran zamanı – kommunal xidmətlərin tariflərinin maya dəyərinə uyğunlaşdırılması barədə prezident Fərmanı var idi (may 2009 olmalıdır). Mahiyyəti ondan ibarət idi ki, təbii inhisarçı dövlət şirkətləri göstərdikləri xidmət müqabilində onun maya dəyərindən 30%-dən (ağlabatan rentabellik faizi) artıq tarif müəyyənləşdirməsinlər. Bu həddin müəyyən olunması üçün Nazirlər Kabinetinə 3 ay vaxt verilmişdi. Həmişə olduğu kimi, o Fərman da yaddan çıxdı, neft yenə də bahalaşdı və indi həmin təşkilatlar Tarif Şurasının əli ilə maya dəyəri 50 manatdan aşağı olan qazın min kubunu 200 manata, 4 dəfə bahaya, həmçinin maya dəyəri 3.7 qəpik olan elektrikin 1 kvt 11 qəpiyə, yenə də 4 dəfə bahaya satmaq qərarına gəliblər”.

Bu sözləri iqtisadçı Nazim Bəydəmirli öz “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, bu qiymət artımı heç də dövlət büdcəsinə vergiləri artırmır:

“Çünki kommunal xidmətlər göstərən bu qurumların idarəetmə xərcləri çox yüksək olduğundan büdcəyə ödənişləri ya olmur, ya da cüzi olur. Bu artım ancaq orada çalışan insanların, qohum əqrəba və s. əvvəllər investisiya layihələrinin hesabına aldıqları “konvert maaşlar” üçün düşünülmüşdür, korrupsiya mexanizmləri üçündür və buna görə prezident tərəfindən ləğv olunmalıdır. Ümid edirəm ki, bu, baş verəcək”.

Ana səhifəXəbərlərNazim Bəydəmirli: Prezidentin Fərmanı yaddan çıxdı