Nazarbayev hökuməti istefaya göndərib

Səbəb iqtisadi uğursuzluq, aşağı yaşayışı təmin edə bilməmələridir

Source:

Qazaxıstan prezidenti Nursultan Nazarbayev hökuməti vəzifələri olan həyat standartlarını yüksəltməməsi və iqtisadiyyatı energetika sektorundan diversifikasiya etməməsi səbəbiylə istefaya göndərib.

“İqtisadiyyatın bir çox sahəsində qanun və hökumət qərarlarının qəbul olunmasına baxmayaraq, müsbət dəyişikliklər əldə olunmayıb”, – deyə Nazarbayev fevralın 21-də prezident saytından bəyanatla bildirib.

Uzun müddətdir hakimiyyətdə olan prezident hökumətin Qazaxıstandakı real gəliri yüksəltməməsi, məşğulluq imkanlarının artırılmaması və ya geniş enerji ehtiyatlarına malik bir ölkədə yaşayış səviyyəsinin yaxşılaşdırılmaması ilə bağlı hökumətin uğursuzluqlarını vurğulayıb.

O həmçinin bildirib ki, kiçik və orta ölçülü müəssisələr bu Mərkəzi Asiya ölkəsinin ümüd edildiyi kimi iqtisadi böyüməsinə töhfə verməyib.

Prezidentin bu hərəkəti Qazaxıstanda yaşamaq şərtləri ilə bağlı ölkə daxilində gedən etirazların artmasından sonraya təsadüf edib. Bu etirazlar Astanada bir ailənin 5 uşağının ölümüylə nəticələnən yanğından sonra başlayıb.

Faciə hər iki valideynin yaşayışlarını təmin etmək üçün gecə növbəsində işləyərkən baş verib.

Hökumətin buraxılması qərarı 2016-cı ildən Baş nazir olan 55 yaşlı Bakican Saqintaevin (Bakytzhan Sagintaev) vəzifəsinin sonu olub.

Prezidentin internet saytında yerləşdirilən sərəncamına əsasən, Baş nazir müavini 53 yaşlı Əsgər Mamin (Askar Mamin) yeni hökumət qurulana qədər Baş nazir vəzifəsini icra edəcək.

Nazarbayevin bəyanatından öncə Mamin Qazaxıstanın ixracını artırmağa kömək etmək üçün “daha aqressiv və proaktiv” siyasət aparmağa çağırıb.

Nazarbayev 27 fevralda özünün Nur Otan Partiyasının konfransında “sosial rifahı və əhalinin həyat səviyyəsini gücləndirmək üçün bir sıra tədbirlər” təklif edəcəyini söyləyib və əlavə edib ki, bu təkliflərin həyata keçirilməsi üçün “əhəmiyyətli vəsait” ayrılacaq.

78 yaşlı prezident Nazarbayev 1991-ci ildə Sovet İttifaqının dağılmasından əvvəl enerji zəngini Qazaxıstanda hakimiyyətdədir.

Hüquq müdafiəçiləri və fəallar onun müxalifətə təzyiq etdiyini, demokratik olmayan səslər ilə səlahiyyət müddətini uzatdığını və potensial siyasi rəqiblərini təsirsiz hala gətirmək üçün güc manevrlərindən istifadə etdiyini söyləyir.

Ana səhifəXəbərlərNazarbayev hökuməti istefaya göndərib