Naxçıvanın sabiq MTN nazirinin əmlakının siyahısı yayıldı

Keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun 50 nəfərə yaxın yaxın və uzaq qohumu isə 1 gündə işdən uzaqlaşdırılıb

Source:


Keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun 50 nəfərə yaxın yaxın və uzaq qohumu isə 1 gündə işdən uzaqlaşdırılıb

Aprelin 28-də Naxçıvan Muxtar Respublikanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun cinayət işi  ilə bağlı vəkilləri Vüqar Xasayev və Tofiq Allahverdiyev mətbuat konfransı keçirib.

Vəkil deyib ki, martın 7-də həbs olunan sabiq nazir təcridxanada saxlanıldıqdan sonra martın 29-da ev dustaqlığına buraxılıb. Amma vəkil deyir ki, buna baxmayaraq onu dəfələrlə DTX-ya aparıb, olmazın işgəncə verirlər.

Vəkillər bildirir ki, onları qanunsuz olara Vəli Ələsgərovla görüşməyə imkan verməyiblər. Vüqar Xasayevin sözlərinə görə, sabiq Milli Təhlükəsizlik Nazirinin yaxınlarının təxminən 6 milyon manat əmlakı əlindən alınıb.

Konfransın ən maraqlı hissəsi vəkilin keçmiş nazirin əmlakının siyahısı barədə dedikləri olub. Vəkil əmlakın müsadirə olunduğunu deyib.

Vəkil bildirib ki, Vəli Ələsgərovun Naxçıvanda fərdi evindən əlavə Bakıda 3 mənzili olub və bunlardan birini ona prezident İlham Əliyev verib: “Bundan başqa keçmiş nazirin qardaşının dəyəri 1 milyon 500 min manat civarında olan quşçuluq fabriki, 450 min manatlıq un və çörək məmulatları fabriki, eyni zamanda, 300 manatlıq fərdi evi 110 min manata satılıb və pul əlindən alınıb. Başqa qohumlarına məxsus 160 min mahatlıq nəqliyyat vasitələri, nazirin bacısının 8,5 sot torpaq sahəsi (120 min manatlıq) və 4 otaqlı mənzili (80 min manatlıq) də müsadirə olunub. 50 nəfərə yaxın yaxın və uzaq qohumu isə 1 gündə işdən uzaqlaşdırılıb”.

Ana səhifəXəbərlərNaxçıvanın sabiq MTN nazirinin əmlakının siyahısı yayıldı