Navalnı rusları gündəlik etiraz aksiyalarına çağırıb

Aleksey Navalnı, Lisa-Lisa/shutterstock

“Şəhərin əsas meydanına çıxın və etiraz edin”

Həbsdə olan Kreml tənqidçisi Aleksey Navalnı rusları Moskvanın Ukraynadakı hərbi kampaniyasına qarşı gündəlik etiraz aksiyaları keçirməyə çağırıb.

“Aleksey Navalnı insanları hər gün saat 19:00-da, istirahət günləri isə saat 14:00-da küçələrə çıxıb müharibəyə etiraz etməyə səsləyir. Harada olmağınızdan asılı olmayaraq, şəhərin əsas meydanına çıxın və etiraz edin”, – Aleksey Navalnının sözçüsü Kira Yarmış belə deyir.

Navalnının hərəkatı daha əvvəl Rusiyanın qonşusuna təcavüzünə etiraz etmək üçün vətəndaş itaətsizliyi kampaniyasına çağırmışdı.

Həmin çağırışda bildirilirdi: “Putin Ukraynaya müharibə elan edib. Ancaq bunu elə formada təqdim edirlər ki, sanki Ukrayna Rusiya tərəfindən, yəni hamımız tərəfindən işğala məruz qalıb. Bu, düzgün deyil”.

Aleksey Navalnı ötən il Moskva Şəhər Məhkəməsinin qərarı ilə həbs edilib.

Onun təşkilatları ilə bağlı qərarda deyilir ki, onlarla işləmiş fəalları uzunmüddətli həbs cəzası gözləyir.
Navalnının zəhərlənməsinin səbəblərini araşdıran və onun korrupsiya araşdırmalarına istinad edən jurnalistlərə “xarici agent” damğası vurulub.

Navalnı Almaniyadan Rusiyaya qayıdarkən “Şeremetev” Hava Limanında saxlanılıb.
Onun barəsində qəbul edilən şərti cəza azadlıqdan məhrum etmə cəzası ilə dəyişdirilib və o, 3.5 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən ilin avqustunda Tomskdan Moskvaya uçarkən hava limanında zəhərlənən rusiyalı müxalifətçi Aleksey Navalnı Almaniyaya aparılmışdı.

O, kimyəvi maddə ilə zəhərlənməsində Rusiya Prezidenti Vladimir Putini günahlandırıb.

Kreml Navalnının zəhərlənməsində hər hansı rolunun olmadığını bildirib.
Yanvarın 25-də isə Aleksey Navalnı və onun bir neçə müttəfiqi də həmin “terrorçu və ekstremistlər” siyahısına əlavə edilib.

O vaxtdan bəri səlahiyyətlilər onun hərəkatına münasibəti daha da sərtləşdirib. Nəticədə Navalnı tərəfdarlarından bir neçəsi ölkəni tərk edib.

Rusiyada etirazları və həbsləri izləyən OVD-İnfo qrupu Rusiyanın fevralın 27-də Ukraynanı işğal etməsindən sonra indiyədək 6006 nəfərin müharibə əleyhinə nümayişlərə görə həbs edildiyini bildirib.
Ukrayna və Qərb bu bəhanəni əsassız təbliğat kimi rədd edib.

Ana səhifəDünyaNavalnı rusları gündəlik etiraz aksiyalarına çağırıb