NATO-nun Baş katibi: “Ukrayna və Gürcüstanın üzvlüyü barədə qərar qəbul edilib”

Yens Stoltenberq, Mənbə: NATO

“Rusiyanın bu məsələyə qarışmağa haqqı yoxdur”

“Şimali Atlantika Alyansı Ukrayna və Gürcüstanın üzvlüyü barədə qərar qəbul edib. Rusiya Federasiyasının bu məsələyə qarışmağa haqqı yoxdur”, – NATO-nun Baş katibi Yens Stoltenberq İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində belə deyib.

Yens Stoltenberq  vurğulayıb ki, Ukrayna üzvlük üçün ərizə verib: “Biz Ukraynanın islahatlarını dəstəkləyərək, silahlı qüvvələrin bizim standartlara uyğun modernləşdirilməsinə yardım edərək bunun üzərində işləməyə qərar verdik”.

“2008-ci ildə qərara aldıq ki, Ukrayna və Gürcüstan NATO-ya üzv olacaqlar, amma biz bunun məhz nə vaxt baş verəcəyini müəyyənləşdirməmişik”, – bunu da Yens Stoltenberq söyləyib.

Bununla yanaşı, o qeyd edib ki, NATO-ya daxil olub-olmayacağına yalnız Ukrayna özü qərar verə bilər, Moskvanın isə bu məsələyə müdaxilə etməyə haqqı yoxdur.

“Hazırda islahatlar gündəliyində Ukraynaya yardım durur. Təkrar edirəm: indi məsələ Rusiyanın təcavüzüdür. Onlar Ukraynanın bir hissəsini – Krımı işğal ediblər, separatçıların dəstəyilə Donbasa nəzarət edirlər, sonra isə bizi milli suverenliyi pozan hüquqi qüvvəyə malik müqaviləni qəbul etməyə məcbur etmək istəyirlər”, – NATO-nun Baş katibi fikrini yekunlaşdırıb.

Şimali Atlantika Müqaviləsi Təşkilatı 1949-cu ildə yaranıb.

Təşkilatın Baş Qərargahı üzv ölkələrdən biri olan Belçikanın paytaxtı Brüssel şəhərində, Müttəfiq Qüvvələrin Əməliyyat Komandanlığının baş qərargahı isə Mons şəhəri yaxınlığında yerləşir.

1994-cü ildə Sülh Naminə Tərəfdaşlıq (SNT) Proqramının qəbulundan sonra NATO ayrı-ayrı tərəfdaş dövlətlərlə ikitərəfli əməkdaşlığı üstünlük verib.

1997-ci ildə Şimali Atlantika Tərəfdaşlıq Şurası (ŞATŞ) yaradılıb.

Məqsəd Tərəfdaşlığın genişləndirilməsi və artıq əldə edilmiş tərəqqi əsasında daha əməli Tərəfdaşlığın inkişaf etdirilməsi üçün yol açmaqdan ibarət olub.

Ana səhifəSiyasətNATO-nun Baş katibi: “Ukrayna və Gürcüstanın üzvlüyü barədə qərar qəbul edilib”