Natiq Əliyev: ”Dövlət Enerjidən Səmərəli İstifadə Fondu yaradılmalıdır”

Rövşən Ağayev: “yaxın aylarda “Azərsu”, “Azəriqaz” kimi kommunal müəssisələrin də maliyyə defisiti ilə bağlı bəyanatlarını gözləyirəm”

Source:


Rövşən Ağayev: “yaxın aylarda “Azərsu”, “Azəriqaz” kimi kommunal müəssisələrin də maliyyə defisiti ilə bağlı bəyanatlarını gözləyirəm”

“Hazırda elektrik enerjisi sektoru maliyyələşdirmə problemi ilə üzləşməkdədir. Elektrik enerjisinin mövcud pərakəndə satış qiyməti şəbəkənin fəaliyyəti üçün yetərli olsa da, şəbəkənin bərpası və genişləndirilməsi üçün nəzərdə tutulan zəruri işlərin maliyyələşdirilməsinə kifayət etmir”.

Bunu sənayevə energetika naziri Natiq Əliyev “Respublika” qəzetindəki məqaləsində qeyd edib. Nazir əlavə edib ki, enerji səmərəliliyi sahəsində fəaliyyətin stimullaşdırılması, bu sahədə innovasiyaların tətbiqi, enerji səmərəliliyi sahəsinə və yanacaq-energetika sənayesinə investisiyaların cəlb edilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, sahibkarlığın stimullaşdırılması və bu sahədə fəaliyyət göstərən hüquqi şəxslərin istehsal fəallığının artırılması məqsədilə tədbirlərin həyata keçirilməsi Dövlət Enerjidən Səmərəli İstifadə Fondunun yaradılmasını zəruri edir: “Bu məqsədlə, “Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində büdcədənkənar Dövlət Enerjidən Səmərəli İstifadə Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının layihəsi və digər normativ hüquqi aktların layihələri hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilib. Həmçinin, enerji səmərəliliyi sahəsində fəaliyyətin tənzimlənməsi məqsədilə bəzi digər qanunvericilik aktlarının layihələrinin hazırlanması üzrə işlər də davam etdirilməkdədir”.

Nazirin fikirlərinə iqtisadçı Rövşən Ağayev öz Facebook səhifəsində münasibət bildirib:

“Enerji naziri Natiq Əliyev deyir ki, elektrik enerjisi sektoru maliyyə problemi ilə üzləşməkdədir. Elektrik enerjisinin mövcud pərakəndə satış qiyməti şəbəkənin fəaliyyəti üçün yetərli olsa da, şəbəkənin bərpası və genişləndirilməsi üçün nəzərdə tutulan zəruri işlərin maliyyələşdirilməsinə kifayət etmir.

2000-ci illərin əvvəllərində enerjipaylaşdırıcı şəbəklərin xarici investorların idarəetməsinə (konsessiya) verilməsi istiqamətində çox doğru addımlar atıldı. Yaxşı da nəticələr verdi – “Barmek” ölkə əhalisini yarsının məskunlaşdığı Bakı və Sumqayıtın paylama şəbəkəsini öz resursları ilə yenidən qurdu, 24 saat fasiləsiz enerji verlişinin nə demək olduğunu istehlkçılara praktikda göstərdi, dövlətdən maliyyə almadan onun yükünü yüngülləşdirdi.

Yaxşı tutaq ki, “Barmek” ,doğrudan da, qanuvericiliyi pozurdu, niyə yenidən şəffaf müsabiqlər keçirib, bu sektoru strateji investorun idarəetməsinə vermədiniz?

Açığı yaxın aylarda “Azərsu”, “Azəriqaz” kimi kommunal müəssisələrin də maliyyə defisiti ilə bağlı bəyanatlarını gözləyirəm. Hələ də gec deyil, kommunal sektorda islahatlar başlamalı, bu sektorun dövlətsizləşdirilməsi hədəf olmalıdır – təbii ki, keçid mərhələsində istehlakçıların zərbə almaması üçün onlara yardım paketi hazırlamaq vasitəsilə”

Ana səhifəXəbərlərNatiq Əliyev: ”Dövlət Enerjidən Səmərəli İstifadə Fondu yaradılmalıdır”