Natiq Cəfərli: “Yaşayış minimumu haqqında” Qanunda dəyişikliyə ehtiyac var

“Bu da dünya ortalamasından 30% aşağıdır”.

Source: Trend.az


Rəşad Həsənov: "Dünya ortalaması var: bu, 60-66%-dir"

Azərbaycanda məşğulluq imkanlarının artırılması və əmək münasibətlərinin leqallaşdırılması istiqamətində aparılan işlər son üç ildə əmək müqavilələrinin sayının 30 faiz artması ilə nəticələnib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin

məlumat

ına görə, əmək müqavilələrin sayı 2018-ci ilin əvvəli ilə müqayisədə 393 min artaraq 1 yanvar 2021-ci il tarixə 1 milyon 703 min 249-a çatıb.

Özəl sektor üzrə əmək müqaviləsi artımı 63%, dövlət sektoru üzrə 10% təşkil edib.

Təkcə 2020-ci ildə əmək müqavilələrinin sayında 149 min və ya 10% artım qeydə alınıb.

Son üç ildə minimum əməkhaqqı 2 dəfədən çox artaraq 250 manata, median əməkhaqqı 66% (o cümlədən, dövlət sektoru üzrə 85%, özəl sektor üzrə 36%) artaraq 343 manata çatıb.

Əmək müqavilələrinin sayında və əməkhaqlarında mütəmadi artım əməkhaqqı fondunda da ciddi artımı şərtləndirib. 2018-2020-ci illərdə aylıq əməkhaqqı fondu 81% artıb.

Artım özəl sektorda 87%, dövlət sektorunda 76% olub. O cümlədən 2020-ci ildə aylıq əməkhaqqı fondu 12% (o cümlədən özəl sektor üzrə 18%, dövlət sektoru üzrə 6%) artıb.

Bu dövrdə Dövlət Məşğulluq Agentliyi tərəfindən işlə təmin olunanların sayı 107% artaraq 2020-ci ildə 94 minə, o cümlədən ödənişli ictimai işlərlə təmin olunanların sayı 55 dəfəyə yaxın artaraq 48 minə çatıb.

Özünüməşğulluq proqramı ilə əhatə olunanların sayı isə son üç ildə 11 dəfə artırılıb və 2020-ci ildə 12600 nəfər bu proqrama cəlb olunub.

İqtisadçı Natiq Cəfərli hesab edir ki, minimum əməkhaqqı səviyyəsi bugünkü qiymətlətin artımı fonunda qanedici deyil: “İki dəfə artımdan sonra belə indiki dolanışıq səviyyəsinə baxanda yenə də təzadlar qalmaqdadır. Bu, hazırkı qiymətlərlə – bazarda olan vəziyyətlə, kommunal xidmətlərin səviyyəsi ilə müqayisə olunmaz dərəcədə aşağıdır. Minimum istehlak səbətinin hesablanma qaydaları da həddindən artıq köhnədir. Minumum yaşayış səviyyəsinə hesablayaraq, əməkhaqqını iki dəfə artırırlar.

Natiq Cəfərli
Natiq Cəfərli

“Yaşayış minimumu haqqında” Qanunun ciddi dəyişikliyə ehtiyacı var. Çünki kommunal xidmətləri çox aşağı göstəriblər. Suyun qiymətinin artımından sonra kommunal xidmətlərə daha da ciddi xərc maddəsi əlavə olunacaq. Yəni qiymət artımının rəsmi tərəfini götürsək, kifayət qədər yüksək olduğu görünür. Amma bugünkü reallıqla baxanda hazırkı bazar qiymətlərinin səviyyəsi və xidmətlərin qiyməti ilə ölçsək, o zaman yenə minimum əməkhaqqının aşağı səviyyələrdə olduğunu söyləmək mümkündür”.

“Hökumət “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında belə bir hədəf qoymuşdu ki, 2020-ci ildə ölkədə minimim əməkhaqqı orta aylıq əməkhaqqının 60%-i səviyyəsinə çatdırılacaq. Lakin bu olmadı”, – iqtisadçı Rəşad Həsənov belə deyir:

Rəşad Həsənov foto sosial şəbəkə
Rəşad Həsənov

“Dünya ortalaması var: bu, 60-66%-dir. Bizdə orta aylıq əməkhaqqı 703 manatdır. Minimum əməkhaqqı 250 manatdır. Bu da təxminən 35% ətrafında bir göstəricidir. Hökumət bu indikatora çata bilməyib. Bu da dünya ortalamasından 30% aşağıdır. Hökumət 2019-cu ildə minimum əməkhaqqını artıranda bir neçə rəqəm səsləndirdi. Bu qərarlar dövlət sektorunda 4 yüz min, özəl sektorda 450-500 min vətəndaşın əməkhaqqının artmasına gətirib, çıxaracaq. Bu da o deməkdir ki, ölkədə 9 yüz minə yaxın muzdla çalışan insan minimum əməkhaqqı alır. Muzdla çalışanların hazırkı sayı 1 milyon 7 yüz mindən də yuxarıdır”.

Ana səhifəSosialNatiq Cəfərli: “Yaşayış minimumu haqqında” Qanunda dəyişikliyə ehtiyac var