Natiq Cəfərli: Mən bu ifadəni verməmişəm


Natiq Cəfərli onun adından yazılan ifadənin həqiqəti əks etdirmədiyini bildirib

Avqustun 17-də Bakı Apellyasiya Məhkəməsində REAL hərəkatının həbsdə olan icra katibi Natiq Cəfərli barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Vəkil Cavad Cavadlı Meydan TV-nin əməkdaşına bildirib ki, məhkəmə Cəfərli barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı şikayəti təmin etməyib: “Biz Avropa Məhkəməsinə şikayət edəcəyik. 192.1-ci maddə  dekriminalizasiya olunub, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçib. 308.2-ci maddəyə gəlincə, o ittihami ağırlaşdırmaq, Natiqi həbs etmək üçün qoşulub”.

Cavad Cavadov bildirib ki, 2014-cü ildən Natiq Cəfərli 15 dəfə Ağır Cinayətlərə dair İstintaq idarəsinə çağırılıb. Zəruri sənədləri istintaq orqanlarına təqdim edib: “Natiq Cəfərlinin daha sonra ölkədən çıxışına məhdudiyyət də götürülüb. Onun həbsinin istər hüquqi, istərsə də digər əsasları mövcud deyil”.

Vəkil onu da əlavə edib ki, Natiq Cəfərli onun adından yazılan ifadənin həqiqəti əks etdirmədiyini bildirib.

Prosesi izləmək üçün səfirliklərin nümayəndələri məhkəmə önünə gəliblər.

Natiq Cəfərli avqustun 12-də saxlanılıb. Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluq Natiq Cəfərlini Cinayət Məcəlləsinin 192.1 (Qanunsuz sahibkarlıq) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui‐istifadə ağır nəticələrə səbəb olduqda) maddələrində nəzərdə tutulan əməlləri törətməkdə şübhəli bilir.

Ana səhifəVideoNatiq Cəfərli: Mən bu ifadəni verməmişəm