Natiq Cəfərli: “BMM hətta Milli Şuraya yer verir, bizə yox”

“Görəsən prezidentin xəbəri var ki, komandasının üzvləri bir-birini təkzib etməklə məşğuldurlar?!”

Source:

“Görəsən prezidentin xəbəri var ki, komandasının üzvləri bir-birini təkzib etməklə məşğuldurlar?!”“Azərbaycanda idarəetmə modelinin necə zay olması, artıq heç kimə sirr deyil. İnkişaf modelləri, sistem problemləri haqqında illərdir ən çox danışan, yazan təşkilat REAL Hərəkatıdır. Adımızı çəkməsələr də, son zamanlar hakimiyyət və hökumət nümayəndələri tez-tez bizim mövzulara cavab verməyə çalışırlar. Lakın o qədər savad sarıdan problemləri var ki, bir-birlərini təkzib edirlər”.Bu fikirlər REAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərliyə məxsusdur.O, Facebook səhifəsində maliyyə naziri Samir Şərifovun mayın 3-də verdiyi “Azərbaycan yeni inkşaf modellərini axtarır” (http://arxiv.az/az/az.trend.az/45342042Samir+Sherifov:+Azerbaycan+10+il+erzinde+iqtisadi+inkshafin+modelini+deyishdirmeyi+planlashdirir) fikrini xatırladaraq, 19 gün sonra, mayın 22-də prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Azərbaycan özünün yeni inkişaf modelini yaradıb və rasional təcrübə kimi onu bütün dünyaya təqdim edib” (http://news.lent.az/news/203569) açıqlamasını yada salıb: “Maliyyə Nazirini prezidentin köməkçisi təkzib edir, deməli, “Penoplast və Mərmər Səki” modelinə davam etmək istəyirlər. Daha nə qədər faciələr, iqtisadi təlatümlər baş verməlidir ki, hakimiyyət səmimi şəkildə çıxıb: “Biz böyük səhvlər etdik, bizi bağışlayın, bizə kömək edin, vətənimizi gələcək faciələrdən, iqtisadi çöküşdən xilas edək”, desin?! Görəsən prezidentin xəbəri var ki, komandasının üzvləri bir-birini təkzib etməklə məşğuldurlar?!”Natiq Cəfərli REAL Hərəkatının son 1 ayda BMM-ə, 5 otelə tədbir keçirmək üçün müraciət etdiyini, lakin rədd cavabı aldıqlarını qeyd edib: “BMM-ə dedik ki, günü də, saatı da siz təyin edin, sizə hansı zaman uyğundur deyin, tədbirimizi keçirək, imtina etdilər. Hətta Milli Şuraya bu ay 2 dəfə yer verdilər, bizə yox. Sizcə, niyə?! Düşünək, bu sualın da cavabını birlikdə tapmağa çalışaq…”.

Ana səhifəXəbərlərNatiq Cəfərli: “BMM hətta Milli Şuraya yer verir, bizə yox”