“Azərbaycanda heç kim siyasi baxışlarına görə həbsdə deyil”. Bunu, Azərbaycan Respublikasının dövlət əhəmiyyətli rəsmiləri inadla iddia edirlər. Siyasi fəaliyyətlə məşğul olanların haqqında isə – “cinayət törədiblər və ona görə də həbs olunublar” deyirlər. Cinayətlərə gəlincə, illərdir oxşar ittihamlar narkotik alveri, qanunsuz istifadə və sair. AXCP fəalı Cabbar Savalanlı 2011-ci ildə Misir inqilabı ərəfəsində facebook-da aksiyaya dəvət səhifəsi yaradəb, inqilabi çağırışlar etdikdən iki gün sonra həbs olunur.
Beynəlxalq təşkilatlar isə həbs olunanları vicdan məhbusu elan etməklə kifayətlənir. Hazırda Leyla Yunus və Rəsul Cəfərovun birgə hazırladıqları siyahıya əsasən Azərbaycanda 98 siyasi mehbus var. Bu siyahını hazırlayan hər iki hüquq müdafiəçisi də dolayı ittihamlarla həbsə atılan siyasi məhbuslar sırasındadı.
NİDA gənclər təşkilatının hazırda 9 fəalı həbsdədir və onların yarıdan çoxu narkotik ittihamı ilə həbs olunub.
Məmməd Əzizov Bakı Dövlət Universitetinin Sosiologiya və Psixologiya fakultəsində sosiologiya ixtisası üzrə təhsil alırdı.
Bəxtiyar Quliyev Bakı Peşə Lisseyində telekommunikasiya ixtisası üzrə təhsil alırdı.
Şahin Novruzlu Odlar Yurdu Universitetinin Maliyyə fakultəsində təhsil alırdı.
Ömər Məmmədov Şimali Kipr Türk Cümhriyyətindəki Uluslar arası Kıbrıs Universitetinin Beynəlxalq Əlaqələr bölümün I kurs tələbəsi idi
Son illər hüquq müdafiəçilərinin siyasi sifarişlə həbs olunduqlarını hesab etdikləri vətəndaşların sırasında dindar kəsimin nümayəndələri çoxluq təşkil edir və yenə də narkotik ittihamı…
Nicat Əliyev – “Azadxeber” saytının baş redaktoru 10 il azadlıqdan məhrum edilib. Hazırda da həbsdədir.
Mehdi Şamili –1 il 6 ay azadlıqdan məhrum edilib. 2013-cü ildə həbs müddəti başa çatdığından azadlığa çıxıb.
Taleh Bağırzadə – 2 il azadlıqdan məhrum edilib. Hazırda da həbsdədir
Qanında narkotik maddə tapılmasa da narkotik ittihamı ilə həbs olunan yalnız Cabbar Savalanlı deyil. Onunla eyni partiyada olan digər üzv, Daşqın Məlikovun da başına eyni hadisə gəlmişdi. “Facebook”da “AZTV-dən seçmələr” səhifəsinin admini Ömər Məmmədovun cibindən 6 qram heroin tapılsa da qanında narkotik maddə aşkar edilməmişdi. Cabbar deyir ki, kimisə narkotikdə ittiham etmək həm də çox asan üsul olduğundan geniş yayılıb. Bu üsuldan həm də içtimai şəxsləri, fəalları gözdən salmaq üçün istifadə olunur.