Abid Şərifov hər ailəyə 10 min manat yardım edildiyini bildirib
Respublika Narkoloji Mərkəzində martın 2-də baş vermiş yanğın zamanı həlak olan şəxslərin ailələrinə ödənilən maddi yardımın məbləği açıqlanıb.
Bu barədə yanğınla bağlı yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov AzVision.az-a
danışıb
.
Komissiya sədri bildirib ki, həlak olan hər bir şəxsin ailəsinə 10 min manat yardım edilib.
“Xəsarət alanlara isə orta hesabla 500 manat maddi yardım göstərilib”.
Abid Şərifov qeyd edib ki, aldığı xəsarətin dərəcəsindən asılı olaraq bəzilərinə isə 1000 manat vəsait verilib.
Martın 2-də Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı 25 nəfər həlak olub. Prezident İlham Əliyev hadisə baş verən gün həlak olanların yaxınlarına və xəsarət alanlaar yardım eilməsi məqsədi ilə
sərəncam
imzalayıb.
Martın 6-da Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumatda hadisədə təqsirli bilinən Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alan Bakı şəhər sakini
Məhəmməd Məmmədov
un saxlanıldığı bildirilib.