Kənd ağsaqqalları meyitləri tələb edir
Sabunçu rayonunun Nardaran qəsəbəsində kənd ağsaqqalları ilə rayon rəhbərliyi arasında başlanan danışıqlar nəticəsiz qalıb. Bunu “Trend”-ə Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun deyib. Onun sözlərinə görə, tərəflər arasında ümumi razılığa gəlinməyib: “Kənd ağsaqqalları hadisə nəticəsində öldürülən kənd sakinlərinin meytlərini tələb ediblər. Sabunçu Rayon Prokurorluğu isə hələlik həlak olanların meyitlərini ailələrinə təhvil verməyib. Kənd ağsaqqalları bununla bağlı Sabunçu Rayon Prokurorluğuna xəbər göndərib ki, meyitlər təhvil verilməyənə qədər kənd sakinləri heç bir danışıqlara getməyəcək”.
Hacı Tağının sözlərinə görə, ümumilikdə kənd sakinləri ilə hələ ki, ümumi məxrəcə gəlinməyib: “Sakinlər həbs olunan şəxslərin azadlığa buraxılmasını tələb edirlər”.