​Nardaranda beş nəfərlik dəstə saxlanılıb

Saxlanılan şəxslərin digər cinayətlər törətməsinə dair şübhələr də var.

Source:


Saxlanılan şəxslərin digər cinayətlər törətməsinə dair şübhələr də var.

Nardaran qəsəbəsində evlərdən oğurluq etdikləri iddia edilən beş nəfərlik dəstə saxlanılıb. “Report” xəbər verir ki, Ceyhun Nuriyev, Mehdi Kərimov, Murad Əbdülov, Rəsul Haşımov və Əbdüləli Babayev adlı şəxslər qəsəbədə bir neçə evə hasardan keçərək oğurluq etməkdə şübhəli bilinir.

Onların 2015-ci ildən etibarən Nardaran qəsəbə sakinlərinin həyətindən dəfələrlə oğurluq etdikləri iddia olunur. Həmin şəxslər qəsəbə sakini Sona Kazımovanın həyətindən 6 ədəd meyvə ağacı, qəsəbə sakini Həmid Bağırovun həyətindən dəmir borular və Şövqi Dadaşovun evindən məişət əşyaları oğurlayıblar.

Saxlanılan şəxslərin digər cinayətlər törətməsinə dair şübhələr də var.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

Ana səhifəXəbərlər​Nardaranda beş nəfərlik dəstə saxlanılıb