Nardaranda 60-dan çox şəxs barəsində inzibati qaydada həbs tədbiri seçilib

İnzibati qaydada həbs olunan şəxslərdən 50-dən çoxu artıq azadlığa buraxılıb

Source:


İnzibati qaydada həbs olunan şəxslərdən 50-dən çoxu artıq azadlığa buraxılıb

Bakının Nardaran qəsəbəsində ümumilikdə 60-dan çox şəxs barəsində inzibati qaydada həbs tədbiri seçilib.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən xəbərə görə, hazırda inzibati qaydada həbs olunan 15 Nardaran sakini Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılır.

Məlumata görə, inzibati qaydada həbs olunan şəxslərdən 50-dən çoxu artıq azadlığa buraxılıb.

Ötən il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib.

Ana səhifəXəbərlərNardaranda 60-dan çox şəxs barəsində inzibati qaydada həbs tədbiri seçilib