Nardaran sakini metroda intihara cəhd etdi

”Qatar dərhal dayandırılıb, xətdən gərginlik söndürülüb və sərnişin qatarın altından çıxarılıb”

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə
foto sosial şəbəkə
foto sosial şəbəkə


”Qatar dərhal dayandırılıb, xətdən gərginlik söndürülüb və sərnişin qatarın altından çıxarılıb”

Noyabrın 30-da, saat 09:20 dəqiqədə bir kişi özünü “İçərişəhər”-“Həzi Aslanov” istiqamətində 13 saylı marşrut üzrə hərəkət edən qatarın altına atıb.

Bu barədə məlumatı “Bakı Metropoliten” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, həmin şəxs 1951-ci il təvəllüdlü, Nardaran sakini Nəsir Əlihüseyn oğlu Əhmədovdur.

“Maşinistin sayıqlığı nəticəsində qatarı saxlamar mümkün olub. Qatar dərhal dayandırılıb, xətdən gərginlik söndürülüb və sərnişin qatarın altından çıxarılıb”- Nəsimi Paşayev qeyd edir.

Məlumata görə, Nasir Əhmədov relslərin arasına düşdüyündən sağ qalıb, sağ topuğundan xəsarət alıb. Hadisənin baş vermə səbəbləri araşdırılır. Hadisə nəticəsində qatarlarların hərəkət intervalında gecikmə yaranıb. Gecikmənin aradan qaldırılması istiqamətində iş aparılır

Ana səhifəXəbərlərNardaran sakini metroda intihara cəhd etdi