Nardaran məhbuslarından biri buraxıldı

Əbülfəz Bünyadov hadisələr zamanı bir neçə güllə yarası alıb və iflic olub

Source:

Əbülfəz Bünyatov və Tale Bağırzadə
Əbülfəz Bünyatov və Tale Bağırzadə


Əbülfəz Bünyadov hadisələr zamanı bir neçə güllə yarası alıb və iflic olub

Ötən il noyabrın 26-da Nardaranda baş verən hadisələrdən sonra həbs edilən şəxslərdən Əbülfəz Bünyadov azadlığa buraxılıb.

Bu barədə APA-ya vəkil Yalçın İmanov məlumat verib.

Onun sözlərinə görə, Nəsimi rayon Məhkəməsində Ə. Bünyadovun azadlığa buraxılması ilə bağlı istintaq orqanın təqdimatına baxılıb. Məhkəmə təqdimatı təmin edərək, onu azadlığa buraxıb.

Ə. Bünyadov hadisələr zamanı bir neçə güllə yarası alıb və iflic olub, indiyə kimi Penitensiar xidmətin Müalicə Müəssisəsində müalicə olunurdu. Hadisələr zamanı ölən şəxslərdən ikisi onun əmisi oğludur. Onun bir əmisi və əmisi oğlu isə həbsdədir.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” hərəkatının həbsdə olan sədri Taleh Bağırov, AXCP sədri Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Ana səhifəXəbərlərNardaran məhbuslarından biri buraxıldı