Yaxın günlərdə cinayət işi ilə vəkillər tanış olacaq
Nardaran hadisələri zamanı saxlanılan 20 nəfərin cinayət işi üzrə istintaq yekunlaşıb. Bu barədə Lent.az-a saxlanılanlardan Abbas Hüseynin vəkili Fariz Namazlı məlumat verib.
Vəkilin sözlərinə görə, artıq 20 nəfərin cinayət işi üzrə istintaq yekunlaşıb: “Onların içində Taleh Bağırov, müavini Elçin Qasımovun, ilahiyyatçı Zülfüqar Mikayılov, Abbas Hüseyn və Fuad Qəhrəmanlıya verilən ittihamlar elan edilib. Yaxın günlərdə cinayət işi ilə vəkillər tanış olacaq”.
Daxili İşlər Nazirliyi keçən il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı 2-si polis olmaqla 6 nəfər öldürülüb, daha bir neçə nəfəri yaralanıb. Rəsmi açıqlamaya görə, hadisə yerindən maddi sübut kimi, xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Taleh Bağırovla birgə 14 nəfər saxlanılıb. T.Bağırov barəsində həbs-qətimkan tədbiri seçilib.