”Nardaran işi”ndə təqsirləndirilənlər aclıq aksiyası keçirir

Vəkil: “Onlar həm də imtina etdikləri vəkillərin məhkəmədə iştiraka məcbur olunmalarına etiraz edirlər”

Source:


Vəkil: “Onlar həm də imtina etdikləri vəkillərin məhkəmədə iştiraka məcbur olunmalarına etiraz edirlər”

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və onlarla birlikdə mühakimə olunan 16 nəfər dekabrın 19-dan aclıq aksiyasına başlayıb.

Bu barədə Meydan TV-yə vəkil Yalçın İmanov məlumat verib.

Vəkilin sözlərinə görə, onlar məhkəmə iclaslarında iştiraklarına imkan verilməməsinə etiraz olaraq, bu addımı atıblar:

“Taleh Bağırzadə dedi ki, onların prosesdə iştirakına imkan verilməsə də, hər dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirirlər, orada zirzəmidə saxlayırlar. Ora da çox soyuqdur. Təqsirləndirilən şəxslərin bir neçəsi xəstələnib. Onlar həm də imtina etdikləri vəkillərin məhkəmədə iştiraka məcbur olunmalarına etiraz edirlər”.

Ana səhifəXəbərlər”Nardaran işi”ndə təqsirləndirilənlər aclıq aksiyası keçirir