Nardaran Ağsaqqallar Şurasının sədri barədə həbs qətimkan tədbiri seçildi (YENİLƏNİB)

Hazırda onu Səbail Rayon Məhkəməsinə aparırlar

Source:


Səbail Rayon Məhkəməsi tərəfindən Nardaran sakini N.Kərimov barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.


_______________________________________


Hazırda onu Səbail Rayon Məhkəməsinə aparırlar.

Azərbaycanın hüquq-mühafizə orqanları Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovu saxlayıb. Xəbəri report.az saytı yayıb.

Bildirilir ki, N.Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) maddəsi ilə ittiham olunur.

Hazırda N.Kərimovu Səbail Rayon Məhkəməsinə aparırlar. O, məhkəmə qarşısına çıxarılacaq və barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün verilən təqdimata baxılacaq.

Nardaran Ağsaqqallar Şurasından məlumatı Meydan TV-yə təsdiqləyiblər, bildiriblər ki, onun barəsində cinayət işi açılıb.

Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə günahlandırılan şəxsləri əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.

Ana səhifəXəbərlərNardaran Ağsaqqallar Şurasının sədri barədə həbs qətimkan tədbiri seçildi (YENİLƏNİB)